Mojo.az Banner
23:01 Azərbaycanın gələn il üzrə hərbi xərcləri açıqlandı  |     22:56 27 yaşlı qadın “103”ü boş yerə məşğul etdi: polis saxladı - Video  |     22:50 Gözlənilmədən zənginləşəcək üç BÜRC  |     22:43 Turistlərin səfərdə işini asanlaşdıran 7 mobil tətbiq  |     22:38 Sabah yola çıxanların NƏZƏRİNƏ  |     22:30 179 nəfər Avropadan Azərbaycana geri qaytarılıb  |     22:22 Tələbələri təhdid edən oğlan universitetdən qovuldu  |     22:17 Manat-dollar məzənnəsi dəyişəcək? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI  |     22:05 Əli Nağıyev Qazaxıstana səfər edib  |     21:59 Sabah Bakının iki rayonunda qaz olmayacaq  |     21:51 Moskva və Bakı münasibətləri müzakirə edildi  |     21:46 Dəyanət Liseyinin yaxınlığında nəqliyyat sıxlığı: Sakinlər şikayətçidirlər - VİDEO  |     21:40 Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq  |     21:34 Müəllimlərin vahid geyimi: Artıq 30-dan çox məktəb qoşulub  |     21:26 Tələbələr bu kartla nəqliyyatda 10% bonus qazanacaq  |     21:21 Köhnə metro qatarları niyə dəyişdirilmir? - Səbəb açıqlandı  |     21:14 Rəfdə başqa, kassada başqa qiymət – Marketlər müştərini aldadır?  |     21:07 Taksi sürücüləri sabah imtahan verəcəklər  |     21:02 Yolu park edilmiş avtomobillər bağlayır, sürücü qoşa xətti tapdalayır – 20 Yanvarda PROBLEM  |     20:54 Dolğu ağciyər xəstəliyi yaradır? - Kosmetoloqdan XƏBƏRDARLIQ  |    
Mojo.az Avto
Mojo.az Avto

Ukraynada 25 yaşa qədər səfərbərlik mübahisə yaradıb

08.10.2024 21:08 1 359
Ukraynada 25 yaşa qədər səfərbərlik mübahisə yaradıb
Ukrayna Ali Radasının bu gün keçirilən iclasında 18-25 yaş arası kişilərin səfərbərliyə alınması ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı mübahisə yaranıb.

"Report"un Şərqi Avropa bürosunun iclasda iştirak edən əməkdaşının verdiyi məlumata görə, spiker Ruslan Stefançuk bildirib ki, qanun layihəsinə bu gün axşam müvafiq komitədə baxılacaq.

O qeyd edib ki, hazırda önəmli məsələ cəbhədə geriləmənin qarşısını almaq üçün səfərbərlikdə yaranan boşluğun doldurulmasıdır.

Deputat Oleksiy Qonçarenko isə etiraz edərək bildirib ki, hazırda hüquqi qarışıqlıq ucbatından 18-25 yaş arası sağlamlıq imkanları məhdud minlərlə gənc döyüşlərə səfərbər olunublar:

"Onlar qanunda yaranan boşluq ucbatından oradadırlar. Komandirlər də tələb edirlər ki, orduya sağlam çağırışçılar lazımdır. Amma biz onları artıq geri çağıra bilmərik. Bunun qarşısını almaq qanunda nəzərdə tutulmalıdır".

Spiker isə cavabında bildirib ki, buna bu gün komitədə, sabah isə plenar iclasda deputatlar qərar verəcək.

Hazırda Ukraynada səfərbərlik 27 yaşdan 60 yaşa qədər nəzərdə tutulsa da, 18-25 yaş arası gənclər də orduya səfərbər olunurlar. Buna səbəb müvafiq qanunda boşluğun hələ də aradan qaldırılmamasıdır. Hazırda ölkə ictimaiyyətində isə 25 yaşdan aşağı 18 yaşa qədər insanların döyüşlərə cəlb olunması ətrafında ikitirəlik yaranıb. Bir qisim genefond üçün yaranan təhlükə səbəbindən bunun əleyhinədir.

Qeyd edək ki, Ukraynada müharibə müddətində səfərbərlik yaş həddi 25-60 yaş arasıdır.скачать dle 11.3
Mojo.az Banner