Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi |
Mojo.az Avto
Mojo.az Avto

Botsvana prezidenti Almaniyaya müraciət etdi, xalqının filləri yeyəcəyini dedi

27.09.2024 21:38 999
Botsvana prezidenti Almaniyaya müraciət etdi, xalqının filləri yeyəcəyini dedi
"Ya Almaniya filləri qəbul edəcək, ya da heyvanlar çətin anlar yaşayacaq. Şiddətli quraqlıq şəraitində fillər ölüm riski altındadır".

Qaynarinfo xəbər verir ki, bunu Botsvana prezidenti Mokqvetsi Masisi Almaniyaya göndərdiyi videomüraciətdə bildirib.

Bu ilin əvvəlində Almaniyanın Ətraf Mühit Nazirliyi fil sümüklərinin idxalına daha sərt məhdudiyyətlər qoyulmasını təklif edib. Bu, fillərin ovlanması üzrə Afrikanın əsas ölkələrindən biri olan Botsvananın qəzəbinə səbəb olub. Ölkənin Mokqvetsi Masisi alman mediasına müsahibəsində deyib ki, Almaniyanın təklifi botsvanalıların daha da yoxsullaşması ilə nəticələnəcək. O əlavə edib ki, fillərin mühafizəsi siyasəti bu heyvanların sayını xeyli artırıb və yalnız ov nəticəsində onların populyasiyasını nəzarətdə saxlamaq mümkündür.

"Biz Almaniyaya da belə bir hədiyyə təqdim etmək istərdik. Bu, bir zarafat deyil və Berlindən yox cavabını qəbul etməyəcəyik" deyən Masisi Almaniyanı 20 min fil göndərməklə hədələyib. Masisi o zaman "Bild"ə izah edib ki, fillərin ovlanması onların heyvanları qorumaq üçün görülən tədbirlər nəticəsində artan populyasiyalarını saxlamağın yeganə yoludur. Fil sümüklərinin satışı isə afrikalıların gəliridir.

İndi Masisi səxavətli təklifinə Almaniyadan heç vaxt cavab almadığı üçün bunu Berlinə xatırlatmaq qərarına gəlib: ya Almaniya filləri qəbul edəcək, ya da heyvanlar çətin anlar yaşayacaq.

"İnsanlarımız acdırsa, onları qidalandırmaq bizim borcumuzdur. Sizə səmimi deyirəm, onlar da fil yeyirlər!".

Namibiya və Zimbabve də fil əti yığmaq tədarük etmək planlarını bildiriblər. Problem ilk baxışda göründüyündən daha ciddidir. Botsvanada 130 mindən çox fil yaşayır ki, bu da dünya sayının təxminən üçdə birini təşkil edir. Onlar çox vaxt əkin sahələrini tapdalayır, şəxsi mülkləri məhv edirlər. Fillərin sayını azaltmaq üçün Botsvana artıq Anqolaya 8000 heyvan bağışlayıb və Mozambikə də yüzlərlə fil təklif edib.

Son xəbərlər