Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi |
Mojo.az Avto
Mojo.az Avto

Bu müəllimlər 1000 manat CƏRİMƏLƏNƏCƏK

25.09.2024 18:19 852
Bu müəllimlər 1000 manat CƏRİMƏLƏNƏCƏK
Ötən günlərdə Azərbaycan Tibb Universitetinin müəlimi Nazxanım Nəzirbəyin təhsil ocağının tələbələrinin fotosunu çəkməsi və üstəlik bunu sosial şəbəkədə paylaşaraq "bu geyimdə dərsə gələnlər dərsimə buraxılmır. Dekoltelər, yarım qarış "yubka"larınızı gecə klublarında geyinin" deməsi müzakirələrə səbəb olub.

Bunu bir növ kiberbullinq də adlandırmaq olar. Bəs bu kimi halların qanunla cəzası nədir?

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən vəkil Turan Abdullazadə bildirib ki, bununla bağlı müraciət və şikayətlərə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi baxır:

"Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinə əsasən, öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156.1-ci maddəsinə əsasən, şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi qanunsuz toplanılması- min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır".

T.Abdullazadə qeyd edib ki, bu halda şəxsi həyata müdaxilə ilə yanaşı kiberbullinq müşahidə olunur. Çünki rəqəmsal platformadan istifadə edərək məqsədli şəkildə psixoloji təzyiq göstərilir. Vəkilin sözlərinə görə, tələbələr geyim-keçiminə fikir verməli, universitetin müəyyən etdiyi dress-kod qaydalarına hörmətlə yanaşılmalıdır

"Bəzən tələbələr o qədər açıq-saçıq geyinir ki, bilmirsən oxumağa gəlib, yoxsa hansısa məqsədə xidmət edir. Amma heç bir halda bu düşüncələr müəllimin hərəkətinə haqq qazandırmır ki, icazəsiz şəkildə tələbələrin şəklini paylaşsın. Müəllim özünü haqlı hesab edərək mental ənənələrimizi qoruduğunu düşünsə belə, qanunvericilik belə hərəkətlərə icazə vermir. Təhsil ocağında açıq saçıqlığın qarşısını bu cür qanunsuz şəkildə deyil, ictimai qınaq, profilaktik söhbətlər və maarifləndirmə yolu ilə almaq daha doğru olardı".

Son xəbərlər