Mojo.az Banner
23:04 Tramp Süni İntellekt Qüvvələrini yaratdı  |     22:52 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi  |     20:52 Bakıda 2 nəfər dənizdə batdı  |     20:47 “Bitcoin”in qiyməti yenidən 81 min dolları ötüb  |     20:39 COVİD-19 geri qayıdır - Çox sayda yoluxan var  |     20:31 Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək  |     20:26 Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?  |     20:16 Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama  |     20:11 44 yaşlı Röyadan yeni - FOTOLAR  |     20:04 Pakistan Yəmən müharibəsinə cəlb oluna bilər  |     19:58 Saçları belə yığmaq təhlükəlidir – MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ  |     19:50 “SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” -VİDEO  |     19:45 Təzyiqi yüksəldən qidalar: Həkimdən XƏBƏRDARLIQ  |     19:36 Maykl Ceksonun anasına hədiyyəsi satışa çıxarıldı  |     19:29 "Qarabağ"ın 5 legioneri millidən dəvət aldı  |     19:23 Azərbaycanda 90 məktəblə bağlı qərar verildi  |     19:09 Yuxu zamanı yataq otağındakı işıq ürəyə necə təsir edir?  |     19:03 Nəriman Axunzdadə Azərbaycan U-21 millisinə çağırıldı  |     18:56 Ay necə yaranıb? - Yeni kosmik missiya milyard illik sirrə işıq sala bilər  |     18:51 Diploma gedən yol qısalır: Bakalavr 3, magistratura 1 il olacaq?  |    
Mojo.az Avto
Mojo.az Avto

Qrip və KRVİ arasındakı fərq nədir? - Həkimdən AÇIQLAMA

25.09.2024 11:39 1 203
Qrip və KRVİ arasındakı fərq nədir? - Həkimdən AÇIQLAMA
"Kəskin respirator virus infeksiyasından (KRVİ) fərqli olaraq, qrip qəflətən başlayır".

Median.Az
-ın "RİA Novosti"yə istinadla məlumatına görə, bu barədə tanınmış rusiyalı infeksionist Andrey Pozdnyakov danışıb.

O bildirib ki, klassik qrip digər infeksiyalardan kifayət qədər fərqli simptom kompleksinə malikdir.

"Xəstəliyin ilkin mərhələsində insan xəstəliyin başlama vaxtını saatına qədər dəqiqliklə göstərə bilər. Simptomlar arasında yüksək hərarət, intoksikasiya, həmçinin baş, əzələ və oynaq ağrıları var", - deyə həkim izah edib.

İnfeksionist vurğulayıb ki, tənəffüs yolları tərəfindən simptomlar daha sonra özünü göstərir.

"Öskürək qripin inkişafının başlanğıcından 2-3 gün sonra meydana çıxır. Əvvəlcə öskürək sadə olur, sonra isə tezləşir", - deyə o əlavə edib.

Pozdnyakov qripin fəsadlarını erkən və gec olmaqla iki yerə bölündüyünü bildirib.

"Erkən fəsadlar arasında ağciyərlərin zədələnməsini, ilkin qrip pnevmoniyasını, intoksikasiya, həmçinin mərkəzi sinir sisteminin zədələnmələrinin mümkün inkişafını qeyd etmək olar. Gec fəsadlara tənəffüs yollarında olan bakterial fəsadlar - sinusit, tonzillit, faringit aid edilir. Bundan əlavə, qripdən sonra xəstədə qeyri-sabit hərarət, yorğunluq və tərləmə müşahidə oluna bilər", - deyə mütəxəssis qeyd edib.

Həkim bildirib ki, qripin inkişafının ilkin mərhələlərində fəsadların qarşısını almaq üçün xüsusi antivirus terapiyası tətbiq etmək olar, ancaq antibiotiklərin qəbulu yalnız həkimin tövsiyəsi ilə həyata keçirilməlidir.скачать dle 11.3
Mojo.az Banner