Mojo.az Banner
23:04 Tramp Süni İntellekt Qüvvələrini yaratdı  |     22:52 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi  |     20:52 Bakıda 2 nəfər dənizdə batdı  |     20:47 “Bitcoin”in qiyməti yenidən 81 min dolları ötüb  |     20:39 COVİD-19 geri qayıdır - Çox sayda yoluxan var  |     20:31 Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək  |     20:26 Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?  |     20:16 Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama  |     20:11 44 yaşlı Röyadan yeni - FOTOLAR  |     20:04 Pakistan Yəmən müharibəsinə cəlb oluna bilər  |     19:58 Saçları belə yığmaq təhlükəlidir – MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ  |     19:50 “SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” -VİDEO  |     19:45 Təzyiqi yüksəldən qidalar: Həkimdən XƏBƏRDARLIQ  |     19:36 Maykl Ceksonun anasına hədiyyəsi satışa çıxarıldı  |     19:29 "Qarabağ"ın 5 legioneri millidən dəvət aldı  |     19:23 Azərbaycanda 90 məktəblə bağlı qərar verildi  |     19:09 Yuxu zamanı yataq otağındakı işıq ürəyə necə təsir edir?  |     19:03 Nəriman Axunzdadə Azərbaycan U-21 millisinə çağırıldı  |     18:56 Ay necə yaranıb? - Yeni kosmik missiya milyard illik sirrə işıq sala bilər  |     18:51 Diploma gedən yol qısalır: Bakalavr 3, magistratura 1 il olacaq?  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda özünü polis əməkdaşı kimi təqdim edən dələduzlar peyda olublar? - İDDİA

20.09.2024 12:06 1 578
Bakıda özünü polis əməkdaşı kimi təqdim edən dələduzlar peyda olublar? - İDDİA
Bakıda özünü Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşı kimi təqdim edən dələduzlar peyda olublar.

Bu barədə məlumatlar məktəblərin "WhatsApp" qruplarında yayılıb.

Bildirilib ki, mənzillərin ətrafında özlərini nazirliyin əməkdaşı kimi təqdim edən bir qrup şəxs vətəndaşlardan şəxsiyyət vəsiqələrinin olub-olmadığını soruşur və biometrikadan keçməli olduqlarını bildirir.

İddiaya görə, onların əllərində notbuk, biometrik cihaz və sakinlərin siyahısı olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı Oxu.Az-ın sorğusuna cavab olaraq, bildirib ki, bununla bağlı polis orqanlarına hər hansı məlumat daxil olmayıb.

"Əgər hansısa vətəndaş bu halda dələduzluğa məruz qalma riski ilə üzləşərsə və ya şübhə yaranarsa, polisə, eləcə də "102" Xidməti-Zəng Mərkəzinə məlumat verməyi tövsiyə edirik", - deyə açıqlamada qeyd edilib.скачать dle 11.3
Mojo.az Banner