Mojo.az Banner
19:30 Yuxulu maşın sürmək faciəyə doğru hərəkət etməkdir - VİDEO  |     19:25 4 il məzuniyyət götürmədən işlədiyi hoteldən təzminat almadan işdən çıxarıldı - VİDEO  |     19:16 Təhsil alanların hərbi möhləti bu halda ləğv ediləcək  |     19:11 Azərbaycanda tələbə buna görə 500 manat cərimə olundu  |     19:04 Rusiyadan Azərbaycana pul köçürmək istəyənlərin nəzərinə  |     18:58 Onlar 2033-cü ilə qədər bu rüsumlardan azaddır  |     18:53 Əsgərlikdən saxlatmaq üçün 24 min manat aldı  |     18:45 Bu yumurtalarda təhlükəli bakteriya aşkarlandı  |     18:40 Trampın İranla danışıqların bərpası üçün şərti açıqlandı  |     18:34 Səhərlər zəngli saata ehtiyac qalmayacaq: Bədəni buna öyrədin  |     18:32 Almaniyada məktəbə hücum: Ölənlər var  |     18:13 Bərdədə avtomobil yaşayış evinə çırpıldı: Xəsarət alanlar var  |     18:03 Paytaxtda 18 istiqamətdə sıxlıq müşahidə olunur - FOTO  |     17:55 44 yaşlı Dima Bilan baba oldu  |     17:46 Bir məktəblini hazırlamaq neçəyə başa gəlir? - VİDEO  |     17:42 Milli Kibertəhlükəsizlik Agentliyində yeni - Təyinatlar  |     17:36 Qətər və İran arasında Hörmüz boğazı ilə bağlı müzakirələr  |     17:17 Bakıda 42 yaşlı qadın həyətdə qəfil öldü  |     17:16 İcazəsiz Qarabağa keçmək istədi, həbs edildi  |     17:05 Sabah Ay tutulacaq  |    
Left Banner
Right Banner

Bakının üç rayonunda qaz olmayacaq

12.09.2024 11:34 1 857
Bakının üç rayonunda qaz olmayacaq
Bu gün Bakının üç rayonunun qaz təchizatında fasilə yaranacaq.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Bildirilir ki, Binəqədi rayonunun 8-ci mikrorayon, S.S.Axundov küçəsində siyirtmənin quraşdırılması, Yasamal rayonunun Hüseyn Cavid prospektində yeraltı qaz xəttində aşkarlanan sızmanın ləğv edilməsi, Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində yeni çəkilmiş xəttin mövcud şəbəkəyə qoşulması və qaztənzimləyici şkafın yerinin dəyişdirilməsi məqsədi ilə sentyabrın 12-də saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri görülən müddətdə Binəqədi rayonunun S.S.Axundov, İ.P.Dadaşov, 7-ci mikrorayon, 31266-cı məhəllə, Ş.Məmmədova küçələrinin, Yasamal rayonunun Hüseyn Cavid prospektinin bir hissəsinin, Sabunçu rayonunun "Ləhic bağları" adlanan yaşayış ərazisinin və Nardaran qəsəbəsinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.скачать dle 11.3
Mojo.az Banner