Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi |
Mojo.az Avto
Mojo.az Avto

Olimpiya çempionunun qızıl medalı əlindən alındı

04.09.2024 21:50 765
Olimpiya çempionunun qızıl medalı əlindən alındı
Paris 2024 Paralimpiya Oyunlarında qızıl medal qazanan Türkiyənin milli atleti Serkan Yıldırımın qızıl medalı əlindən alınıb.

Median.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Paralimpiya Komitəsi məlumat yayıb.

Bildirilib ki, buna Beynəlxalq Paralimpiya Komitəsinin etirazı səbəb olub:

"Türkiyə Milli Paralimpiya Komitəsi, Almaniya qanunlarına tabe olan Beynəlxalq Paralimpiya Komitəsinə qarşı Almaniya məhkəməsində açılan iddiadan Serkan Yıldırımın Paris 2024-də yarışmasına icazə verilən qərar əldə edib və idmançımız 100 metr məsafədə çempion olmağı bacarıb. Lakin BPM bu qərarı daha yüksək instansiya məhkəməsinə aparıb və Yıldırımın müsabiqə üçün uyğun olmadığını bildirən qərar qəbul edilib. Həmçinin hüquqi proses çərçivəsində onun 100 metr məsafəyə qaçış üzrə qazandığı qızıl medalı əlindən alınıb. Medalı geri almaq üçün qanuni haqlarımızdan istifadə edirik və idmançımızın hüquqlarını sona qədər tələb edəcəyik".

Qeyd edək ki, bir müddət əvvəl Dünya Para Atletika Federasiyası təsnifat statusuna yenidən baxılması ilə bağlı qərar verib. Məsələ ilə bağlı Almaniya məhkəməsinə etiraz edən Serkan Yıldırım hüquqi mübarizədən qalib ayrılaraq Paris 2024 Paralimpiya Oyunlarının yarış siyahısına daxil edilib. Milli atlet kişilər arasında 100 metr məsafəyə T12 kateqoriyasında yarışlarda qızıl medal qazanıb.

Son xəbərlər