Mojo.az Banner
16:22 Lənkəranda 3 gün əvvəl döyülən oğlan xəstəxanada öldü  |     16:12 "Tiktok"da quzu "satan" Orxan Həsənov saxlanıldı  |     16:09 Dima Bilan Azərbaycanı təmsil edən yeniyetməyə dəstək oldu - FOTO  |     16:05 Azərbaycanda bu institut ləğv olunur  |     14:47 Polşada Azərbaycana qarşı təxribatın qarşısı alınıb  |     14:32 Könüllü qanvermə aksiyası keçiriləcək  |     14:30 Rusiyada seçkilərin ilkin nəticələri açıqlandı  |     14:16 Bakıda tanınmış həkim əməliyyatdan sonra öldü - FOTO  |     14:10 Tıxacda qalmaq istəmirsinizsə, bunları bilməlisiniz  |     13:10 Bakıda əməliyyat: 70 yaşlı qadın saxlanıldı  |     12:58 Pensiyalar nə vaxt ödəniləcək?  |     12:47 Bakıda restoranda mühafizəçinin meyiti tapıldı  |     12:46 Bilgəhdə dənizdə boğulanlar tələbələr imiş: Adları bilindi  |     12:45 Tıxaca düşən deputat iclasa gecikdi: "Üzr istəməlidirlər"  |     12:43 Tanınmış iş adamının nəvəsi qonşunu güllələdi: Təfərrüat məlum oldu - Foto (Yenilənib)  |     12:41 Rumıniyada sabiq prezidentliyə namizəd həbs olundu  |     12:38 Ramiz Mehdiyevin məhkəməsi oldu - VİDEO (YENİLƏNİB)  |     12:35 Qisas almaq üçün 68 yaşlı kişini öldürüb su quyusuna atdı - Təfərrüat  |     12:17 Market işçiləri arasında dava: Bıçaqlanan var  |     12:11 Türkiyə səhəri güclü zəlzələ ilə açdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Şuşada milyonluq binalar tikən şirkətin direktoru cərimələndi - SƏBƏB

03.09.2024 18:52 951
Şuşada milyonluq binalar tikən şirkətin direktoru cərimələndi - SƏBƏB
"Conco" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) direktoru, iş adamı İlham Şıxseyidov cərimələnib.

"Qaynarinfo" xəbər verir ki, Dövlət Əmək Müfəttişliyi Xidməti İlham Şıxseyidova İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə cərimə yazıb.

Bu maddə əmək qanunvericiliyinin pozulması ilə bağlıdır. Maddədə qeyd edilir ki, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunmasına görə fiziki şəxslər 1 000 manatdan 2 000 manatadək, vəzifəli şəxslər 3 000 manatdan 5 000 manatadək, hüquqi şəxslər isə 20 000 manatdan 25 000 manatadək məbləğdə cərimə edilir.

İlham Şıxseyidov dövlət qurumunun qərarından məhkəməyə şikayət verib. Onun şikayətinə Nərimanov Rayon Məhkəməsində baxılacaq. Xalidə Əlisoy iş üzrə hakim təyin edilib.

"Conco" QSC 3 mart 2015-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2 000 manatdır. Şirkət dövlət satınalmalarında fəal iştirak edir. Şirkət ötən il Elm və Təhsil Nazirliyinin 18 milyonluq tenderinin qalibi seçilib. Tender Şuşa Real Məktəbinin binasının bərpası işlərinin satın alınması ilə bağlı olub. Bundan bir il əvvəl isə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin şəhərdə 8 yaşayış binasının tikintisi ilə əlaqədar 15 milyon manatlıq tenderin qalibi seçilib.скачать dle 11.3
Mojo.az Banner