Mojo.az Banner
23:04 Ronaldo buna görə matça çıxmaqdan imtina etdi  |     22:57 Türk Hava Yolları İrəvana uçuşlara başladı  |     22:57 Azərbaycan yığması 0:6 hesabı ilə uduzdu  |     22:50 Bakıda 2 avtobus marşrutunun hərəkət sxemi dəyişdirilir  |     22:45 Bakıda məktəbdə şagird kəllə-beyin travması aldı: Reanimasiyaya yerləşdirildi  |     22:44 ABŞ Çini gizli nüvə sınağı keçirməkdə ittiham edib  |     22:22 Biləsuvarın bəzi ərazilərində işıq olmayacaq  |     22:16 BMT-nin baş katibi ABŞ ilə İran arasında danışıqları alqışladı  |     21:50 Güllələnən müəllim sabiq vəzifəli şəxsin nəvəsi imiş  |     21:38 Bəzi şəxslər yeni mənzillərlə təmin olunacaqlar  |     21:18 Masallıda “Mercedes”lər toqquşdu - Ölən var  |     21:10 Bakıda təhsil ocağında daha bir hadisə - Şagird yıxılıb xəstəxanalıq oldu  |     21:01 Şahmat üzrə Azərbaycan çempionatının açılışı oldu  |     20:56 Pakistan XİN rəhbəri Azərbaycana təşəkkür edib  |     20:39 Qazaxıstanda 10-cu sinif şagirdi balta ilə sinif yoldaşlarına hücum edib  |     20:31 Sinif otağında silah – Problem haradan başlayır?  |     20:21 Sumqayıtda ailədaxili münaqişə qanla nəticələndi  |     20:19 Ermənistanda parlament seçkisinin tarixi açıqlandı  |     20:10 Yeni sədr kimdir? - Dosye  |     20:03 Norveç şahzadəsi Epşteynlə əlaqələrinə görə üzr istədi  |    
Left Banner
Right Banner

Alimlər uzun sürən koronovirusun əsas simptomunu açıqladı

28.08.2024 22:55 399
Alimlər uzun sürən koronovirusun əsas simptomunu açıqladı
London Universitet Kollecinin britaniyalı alimləri uzun sürən koronavirus infeksiyasının ən ümumi və ciddi simptomlarını müəyyən ediblər. Onların bədənin müxtəlif yerlərində ağrı olduğu ortaya çıxıb. 

Median.Az
xəbər verir ki, araşdırma "Journal of Royal Society of Medicine" (JRSM) elmi jurnalında dərc olunub.

Komanda 2020-2022-ci illərdə COVID-19 olan 1000-dən çox xəstənin məlumatlarını təhlil edib. Onların 1/4-dən çoxu (26,5%) baş, oynaq və qarın nahiyəsində ağrılardan şikayətlənib.

Uzun koronavirusun digər ümumi simptomları narahatlıq və depressiya (18,4%), yorğunluq (14,3%) və təngnəfəslik (nəfəs almaqda çətinlik) (7,4%) kimi neyropsikoloji problemlərdir.

Təhlil göstərib ki, xəstəliyin diaqnozu qoyulandan bəri simptomların intensivliyi, xüsusilə də ağrı hər ay orta hesabla 3,3% artıb. Tədqiqat yaşlı insanların simptomların daha yüksək intensivliyini yaşadığını təsdiqləyib.

Tədqiqatçılar COVID-19 üçün uzun müddətli xəstəxanaya yerləşdirmələrə və ağrıların idarə edilməsinə, eləcə də neyropsikoloji problemlər və yorğunluq kimi digər ümumi simptomlara üstünlük verən müalicə strategiyalarının işlənib hazırlanmasına davamlı dəstəyə çağırıblar.скачать dle 11.3