Mojo.az Banner
19:43 Dövlət xətti ilə verilən ipoteka kreditlərin sayı 60 mini ötüb  |     19:37 Sabah yağış yağacaq, duman olacaq  |     19:30 "Laven Kafe" 17 saat fasiləsiz işləmiş tələbənin maaşını vermir? - VİDEO  |     19:25 10 min manatlıq oğurluq edən şəxslər tutuldular  |     19:11 Cinayətdə şübhəli bilinən 82 nəfər saxlanıldı  |     19:04 Gömrükdə yeni qaydalar vətəndaşlar üçün nəyi dəyişir? - VİDEO  |     18:54 Xəzər dənizində zəlzələ oldu  |     18:27 “Şəki yaylası”nda faciəvi şəkildə ölən - Ucalın atasından təsirli sözlər  |     18:15 Kəlbəcərdə tuneldə qalan ayı yorğun halda kömək gözlədi (VİDEO)  |     18:12 Nazirlər Kabineti təhsilalanlar üçün yeni geyim standartını təsdiqlədi  |     17:53 Bakıda marketdə arvadını döyən şəxs həbs olundu - Video  |     17:49 Bakının bu rayonunda qaz kəsiləcək  |     17:03 3-cü kurs tələbəsi vəfat etdi  |     16:55 Ötən həftə 1840,3 ha ərazi minalardan təmizlənib  |     16:39 Bu şəxslər üçün viza proseduru sadələşdirildi  |     16:22 Lənkəranda 3 gün əvvəl döyülən oğlan xəstəxanada öldü  |     16:12 "Tiktok"da quzu "satan" Orxan Həsənov saxlanıldı  |     16:09 Dima Bilan Azərbaycanı təmsil edən yeniyetməyə dəstək oldu - FOTO  |     16:05 Azərbaycanda bu institut ləğv olunur  |     14:47 Polşada Azərbaycana qarşı təxribatın qarşısı alınıb  |    
Mojo.az Avto
Mojo.az Avto

“Səhiyyə TV” 16 min manat cərimələnib

27.08.2024 13:21 831
“Səhiyyə TV” 16 min manat cərimələnib
Peyk yayımı həyata keçirməyən platforma yayımçısı olan "Səhiyyə TV" kanalı cərimələnib.

Bu barədə Audiovizual Şuradan məlumat verilib.

Bildirilib ki, buna səbəb kanalın proqramlarının Şura tərəfindən aparılan monitorinqi zamanı "Reklam haqqında" Azərbaycan Respublikası Qanunun 4.3-cü maddəsinin tələbinin pozulması faktı ilə bağlıdır.

Belə ki, iyunun 7-də saat 20.00-da və 08 iyun 2024-cü il tarixdə, saat 08.00-da kanalın efirində yayımlanmış tibb müəssisələrinin reklam çarxlarında həmin tibb müəssisələrinin lisenziyasının və ya sertifikatının nömrələri, verilmə tarixləri və onları verən orqanın adı göstərilməyib.

Qeyd edilib ki, Audiovizual Şura tərəfindən 2 protokol tərtib edilib və müvafiq məhkəməyə göndərilib. Məhkəmənin müvafiq qərarları ilə "Səhiyyə TV" MMC hər bir inzibati xəta üzrə 8000 manat olmaqla ümumi 16000 manat məbləğində cərimə edilib. Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarlarını qüvvədə saxlamış və həmin qərarlar qanuni qüvvəyə minib.скачать dle 11.3
Mojo.az Banner