Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Laçında böyük konsert olacaq: "İki-üç mahnı oxuyacam"

26.08.2024 20:47 1 269
Laçında böyük konsert olacaq:
"Bu gün Laçının şəhər günüdür. Bu münasibətlə Laçında böyük bir konsert düzənlənəcək".

Bunu Qaynarinfo-ya Əməkdar artist, bəstəkar-müğənni Elza Seyidcahan deyib.

Müğənni bildirib ki, konsertin təşkilatçısı Mədəniyyət Nazirliyidir:

"Burada Yazıçılar Birliyi, Bəstəkarlar İttifaqı, rəqs kollektivləri, Xalça muzeyinin əməkdaşları, Azərbaycan televiziyasının solistləri iştirak edir. Mənim bir mahnım var - "Laçınımın dağları". Bu mahnının klipi çəkilməlidir. Tədbirin görüntülərdən istifadə edərək həmin klipin tez ərsəyə gəlməsinə çalışacam. Gecədə 2-3 mahnı ifa edəcəm".

Elza Seyidcahan Laçın şəhərinin gözəlliyindən də söz açıb:

"Laçın çox gözəldir. Şəhidlərimizin qarşısında baş əyirəm, qazilərimizə Allahdan rəhmət diləyirəm, şəhid analarının əlindən öpürəm və Prezidentin qarşısına baş əyirəm. Bu gün həm də birinci vitse-prezidentimiz Mehriban Əliyevanın ad günüdür. Mehriban Əliyeva bizim dünənimiz, bu günümüz və sabahımızdır. Bura doğrudan da möcüzədir. Laçında elə gözəliklər yaradılıb ki, sanki bu insanın deyil, mələklərin işidir".скачать dle 11.3
Mojo.az Banner