Mojo.az Banner
19:24 Cinayətdə şübhəli bilinən 41 nəfər tutuldu  |     19:15 Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır - VİDEO  |     19:10 Balina okeanda yaxtanı batırdı  |     19:03 Daha bir ölkə ölüm hökmünü bərpa edir - 33 il sonra  |     18:57 AQTA: Antisanitar vəziyyətdə daşınan çörəklərlə bağlı nəzarət tədbiri həyata keçirilib  |     18:54 “Olimp Hospital”da əməliyyat olunan 44 yaşlı kişi öldü  |     18:28 İdarə Heyətindən çıxarılanlar kimlərdi? - DOSYE  |     18:20 Canlı yayımda təhqirə yol verən daha bir tiktoker həbs olundu - Foto  |     17:59 Rəşad Daşdəmirov, Fərid Usubov və digərləri ev dustaqlığına buraxıldılar  |     17:57 Pensiya vədi ilə 13 min manatlıq dələduzluq  |     17:04 Sumqayıtda zəhərlənən 21 şagird xəstəxanadan evə buraxılıb  |     17:01 Azərbaycanda dörd qanun ləğv ediləcək  |     16:56 Zəngəzurda saxlanılan Azərbaycan əsgəri ilə bağlı Ermənistan məhkəməsi qərar verdi  |     16:46 Bakı-Tbilisi sərnişinlərinə şad xəbər: Biletlər satışdadır - FOTO  |     16:29 Binəqədi şosesində yol hərəkətinin təşkili dəyişdirildi  |     16:26 Vasif Talıbov YAP-ın İdarə Heyətindən çıxarıldı: Yeni tərkibdə kimlər var?  |     16:11 16 yaşlı qıza sataşan şəxs həbs olundu  |     16:03 Keçmiş həyat yoldaşına zorakılıq edən rəqqası hansı cəza gözləyir? - Vəkildən açıqlama  |     15:50 Ağdamda 15 yaşlı qız oğlana qoşulub qaçdı  |     15:46 58 yaşlı kişi sevdiyi qadını alan şəxsi armaturla döydü  |    
Mojo.az Avto
Mojo.az Avto

Qarabağ Universitetində yeni TƏYİNAT

15.08.2024 18:13 702
Qarabağ Universitetində yeni TƏYİNAT
Qarabağ Universitetinin Pedaqoji fakültəsinə dekan müavini təyin olunub.

Bu barədə universitetin sosial media hesabında paylaşım edilib.

Bildirilib ki, bu vəzifəyə Orxan Abdullayev təyin edilib.

Vurğulanıb ki, Orxan Abdullayev 1995-ci ildə anadan olub. Azərbaycan Dillər Universitetində İngilis dili müəllimliyi ixtisası üzrə bakalavr təhsili alıb. 2017-2019-cu illərdə Almaniyanın Mayns şəhərində İohann Quttenberq Universitetində Sosiolinqvistika və çoxdillilik ixtisası, 2019-2021-ci illərdə Romanın La Sapienza Universitetində isə İngilis və Anglo-Amerikan tədqiqatları üzrə ikinci magistr təhsili alıb.

2021-2023-cü illərdə HTP çərçivəsində Macarıstanın Eötvöş Lorand Universitetində Təhsil Elmləri ixtisası üzrə magistr proqramını bitirib.

Hazırda Orxan Abdullayev HTP çərçivəsində Eötvöş Lorand Universitetində Təhsil texnologiyaları üzrə doktorantura təhsili alır, "Süni İntellekt və onun təhsildə istifadəsi" üzrə tədqiqat işləri aparır.скачать dle 11.3
Mojo.az Banner