Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:09 Leyla və Arzu Əliyevalar "Tut Əlimdən" Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər - Foto | 17:05 Sabah Bakıda külək güclənəcək - Xəbərdarlıq | 16:06 Jurnalist Elnur Şükürov həbs edildi | 16:04 Biləsuvarda 35 yaşlı kişi anasının məzarı üstündə ölü tapıldı | 15:46 Şagird sevdiyi qıza görə 16 yaşlı həmkəndlisini bıçaqladı | 15:44 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib | 15:41 Tofiq Əliyev dünya çempionatında gümüş medal qazandı | 15:27 İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - Foto | 15:24 Bakı-Şamaxı yolunda mikroavtobus aşdı: Ölən və yaralanan var | 15:23 Azərbaycanlı bacı-qardaş dünya çempionatında gümüş medal qazandı | 15:14 İlham Əliyev bir nəfərə "general-leytenant", üç nəfərə "general-mayor" rütbəsi verdi | 15:11 Prezident Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO | 15:08 Sabah Bakıda intensiv yağış yağacaq | 14:52 İsa Həbibbəyli ilə Ramiz Mehdiyev arasında nə baş verib? - AMEA detalları açıqladı | 14:29 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub - FOTO | 14:12 Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıb - FOTO | 14:09 İranda nüvə hücumuna hazırlıq başladı: Əhaliyə yod paylayır | 14:07 Azərbaycanda sabiq vəzifəli şəxs vəfat etdi | 14:05 Azərbaycan nefti bahalaşıb | 13:58 Tramp marşrutu üzrə texniki planlaşdırmanın detalları açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Ukrayna ordusu ölkə vətəndaşlarının hərəkətini məhdudlaşdırıb

13.08.2024 19:12 1 293
Ukrayna ordusu ölkə vətəndaşlarının hərəkətini məhdudlaşdırıb
Ukrayna ordusunun hərbi komandanlığı Rusiya ilə 20 kilometrə qədər olan həmsərhəd ərazidə öz vətəndaşlarının yerdəyişməsini qadağan edib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumatda qeyd olunub ki, Ukrayna vətəndaşlarına tətbiq edilən qadağa döyüş əməliyyatlarının intensivliyinin artması, kəşfiyyat qruplarının, həmçinin xüsusi əməliyyat qüvvələrinin fəaliyyətinin intensivləşdirilməsi ilə əlaqədardır.

Məlumat üçün əlavə edək ki, Ukrayna ordusunun Rusiyanın Kursk vilayətində keçirdiyi uğurlu əməliyyatdan sonra iki ölkə arasında hərbi toqquşmaların miqyası böyüyüb.

Son xəbərlər