Metropolitenin 50-dən çox əməkdaşı işsiz qalıb - Aylardır maaş almırlar » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:11 Azərbaycan diasporunun rəhbəri Rusiya vətəndaşlığından məhrum EDİLDİ  |     22:48 Kredit kartları azalır, əməliyyatların həcmi artır – Səbəb nədir?  |     22:38 Tramp Zelenski və Avropa liderləri ilə görüşdən dərhal sonra Putinə zəng edəcək  |     21:57 Zelenski Ukraynada prezident seçkisinin keçirilməsi şərtini açıqladı  |     21:44 Azərbaycanın iki güləşçisi dünya çempionatında bürünc medal qazanıb  |     21:37 Azərbaycanda zəlzələ oldu  |     21:15 Şəhidlər xiyabanında görüntüləri yayılan əcnəbilərlə bağlı Dövlət Turizm Agentliyindən AÇIQLAMA (Video)  |     20:58 Gəncədə yol hərəkətinin təşkilində dəyişiklik olunub - Foto  |     20:51 Bolqarıstan və Xorvatiyanın bəzi vilayətlərindən Azərbaycana müvafiq malların idxalına məhdudiyyət qoyulub  |     20:43 Ağdamda yanğına səbəb olan şəxs saxlanılıb  |     20:37 Azərbaycanda daha 73 nəqliyyat vasitəsi hərraca çıxarılacaq  |     20:35 Voronejdə azərbaycanlı iş adamı həbs olundu - FOTO  |     20:32 Əmək hüquqlarını pozan hüquqi şəxs məsuliyyətə cəlb edilib  |     20:26 18 yaşadək uşaqları olan ailələrdə qeydə alınan boşanmaların sayı məlum olub  |     20:18 Ötən həftə 1362,7 ha ərazi minalardan təmizlənib  |     20:10 Həbsdə olan müğənni Dəniz Əsədovanın cəzası artırılıb  |     20:03 Ermənistan ordusunun Laçına hücumu zamanı zərərçəkmiş: Ailəmizin dörd üzvü top atəşləri nəticəsində həlak oldu  |     19:58 Ömürlük məhkum "Gəncəli Mübariz"in oğlunun şikayəti təmin edilməyib  |     19:53 Sabah 36 dərəcə isti olacaq  |     19:46 Paşinyanın bu axşam erməni xalqına müraciəti olacaq  |    

Metropolitenin 50-dən çox əməkdaşı işsiz qalıb - Aylardır maaş almırlar

"Bakı Metropoliteni" QSC-nin tikinti departamentində çalışan işçilər aylarıdır ki, işsiz qalıb.

Qaynarinfo-ya daxil olan məlumata görə, metroda tikinti işlərinin başa çatması ilə əlaqədar departamentdə çalışan 50-dən çox əməkdaş aylardır öz hesablarına məzuniyyətə göndərilib.

Həmin işçilər aylardır əmək haqqından məhrum edilib və bu da onların ailələrində ciddi sosial problemlər yaradıb. Metropoliten əməkdaşlarına nə vaxt işə çıxacaqları ilə bağlı heç bir məlumat verilmir.

Məsələ ilə bağlı "Bakı Metropoliteni"ndən sorğumuza cavab olaraq bildirilib ki, hazırda metropolitendə əsaslı tikinti seqmentinə dövlət büdcəsindən təyinatlı vəsait qoyuluşu üzrə maliyyələşmədə mövcud olan durum nəticəsində tikinti işlərinin həcminin kəskin azalması, tikinti sahəsində çalışan işçilərin istismar sahələrində olan vakansiyalar nəzərə alınmaqla istismar xidmətlərindəki işlərə müvəqqəti təhkim edilməsi və ya bu sahədə işlə təmin edilməsi istiqamətində işlər həyata keçirilir. Bu zaman işçinin peşəsi, çalışdığı sahənin xüsusiyyətləri, vakansiya üzrə uyğunluğu, həmçinin işçinin razılığı və aidiyyəti üzrə digər zəruri məsələlər nəzərə alınır:

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında" 27 fevral 2014-cü il tarixli 289 nömrəli Sərəncamına əsasən Bakı Metropoliteninin və "Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu yaradılmış "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti özündə həm sərnişindaşıma fəaliyyətini, həm də metro tikintisi seqmentini ehtiva edən dövlətin strateji əhəmiyyət kəsb edən təsərrüfat subyektidir.

Azərbaycan Respublikası Prezidentinin sözügedən sərəncamından sonra hər iki qurumun hüquq varisliyini daşıyan "Bakı Metropoliteni” QSC-də sərnişindaşıma və metro tikintisi sahələri üzrə müxtəlif maliyyə mənbələrindən maliyyələşən fərqli əmək haqqı sistemi tətbiq edilir.

Məlumat üçün bildiririk ki, "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti zərərlə işləyən və zərərin qarşılanması üçün dövlət büdcəsindən subsidiya şəklində maliyyə yardımı alan və səhmləri 100% dövlətə məxsus olan qapalı səhmdar cəmiyyətdir.

Mürəkkəb, eyni zamanda çoxprofilli metro infrastrukturu şəbəkəsi kompleksinin müasir tələblər çərçivəsində yenidən qurulması, müasir tələblərə və beynəlxalq standartlara uyğunlaşdırılması, eləcə də sərnişinlərin sərbəst və təhlükəsiz hərəkətinin təmin edilməsi istiqamətində "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti öz fəaliyyətini mövcud qanunvericiliyin tələblərinə uyğun qurmaqla, səhmləri 100% dövlətə məxsus olan hüquqi şəxs olaraq təsərrüfat fəaliyyətində maliyyə, əmək və əməkhaqqı sistemi üzrə xidmət intizamının gücləndirilməsinə, dövlət büdcəsindən ayrılan təyinatlı maliyyə vəsaitlərindən səmərəli və təyinatı üzrə istifadəyə xüsusi önəm verir.

Bu əsasda, ilk növbədə, qeyd olunmalıdır ki, "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətin kadr siyasətinin ana xəttini təhlükəsiz, etibarlı və iqtisadi cəhətdən effektiv fəaliyyət üçün məhdud maliyyə daxilolmaları çərçivəsində optimal sayda personalın formalaşdırılması təşkil edir.

"Bakı Metropoliteni” QSC-nin əsaslı tikinti sahəsində çalışan işçilərinin əməkhaqları yerinə yetirilən işin nəticələri ilə birbaşa bağlı olduğundan, həmin sektorda çalışan işçilərin işə cəlb edilməsi və əmək haqlarının ödənilməsində iş həcmlərinin yerinə yetirilməsi əsas götürülür.

İşçilərin işə cəlb edilməsi və əmək haqlarının ödənilməsi Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinin tələbləri, İşəgötürənlə Metropoliten İşçiləri Həmkarlar İttifaqı arasında bağlanmış Kollektiv müqavilənin müddəaları nəzərə alınmaqla təmin edilir".

Qeyd edək ki, müvafiq departamentin rəisi Məzahir Nəbiyevdir. Onun rəhbərliyi altında işçilər 4 istiqamətdə fəaliyyət göstərirlər. Bunlar Tunel və Ümumi Tikinti işləri üzrə Dəstə, Xüsusi və Ümumi Tikinti işləri üzrə Dəstə, Xüsusi Tamamlama İşləri Dəstəsi və Dəmir Yolunun və Əsaslı Təmir İşləri üzə Dəstəsidir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            471 12.08.24 16:47