Mojo.az Banner
17:48 Formula 1 Azərbaycan Qran-Prisinin qalibləri mükafatlandırıldı  |     17:39 Mbappenin son vəziyyəti açıqlandı  |     17:23 Xaricdə iş vədi ilə 20 min manatlıq dələduzluq edən saxlanıldı  |     17:15 Formula 1 üzrə Azərbaycan Qran-prisi: Rassel çempion oldu  |     17:02 “Qarayaxma aparanların ölkəyə girişi qadağan edilə bilər”  |     16:39 Bakıda qətlə yetirilən Masallı sakini qarət məqsədilə öldürülüb  |     16:38 Bakıda qətlə yetirilən Masallı sakini qarət məqsədilə öldürülüb  |     16:29 Formula 1 Azərbaycan Qran-Prisində ilk qəza  |     16:08 İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxırlar  |     15:55 Bakıda valideynləri dalaşan qız ölümdən döndü  |     15:47 Stroll üçün Bakı yarışı başa çatdı  |     14:36 Polis ötən gün 57 nəfəri saxlayıb  |     14:30 Bu gün İngiltərə və İspaniyanın oyunu var  |     14:23 Qaradağda vulkan püskürməsi ilə bağlı rəsmi açıqlama - YENİLƏNİB  |     14:11 Təqaüdçülərin pullarını oğurlayan şəxs ƏLƏ KEÇDİ - VİDEO  |     14:05 Yardımlı polisindən ƏMƏLİYYAT: Keçmiş məhkumlar tutuldular  |     13:57 Laçında traktor MİNAYA DÜŞDÜ  |     13:56 NATO təlimində şok insident: Hərbçilərə atəş açıldı  |     13:55 Azərbaycan neftinin SON QİYMƏTİ  |     13:54 Rusiyada dron hücumunda ölən azərbaycanlının cənazəsi ölkəyə gətirilib  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda vəzifəli şəxs xəstə oğlanı məcburi çobanlıq etdirib

02.08.2024 22:39 1 230
Azərbaycanda vəzifəli şəxs xəstə oğlanı məcburi çobanlıq etdirib
Sumqayıt Ağır Cinayətlər Məhkəməsində məcburi əməkdə təqsirləndirilən Nəsib Nəsibov və Sənubər Əsədovanın (soyadı şərti) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
 
Pravda.az-ın etdiyi məlumata görə, hakim Xamməd Nuriyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
 
Məhkəmənin hökmü ilə hər iki şəxsə şərti cəza verilib.
 
İttihama görə, Nəsib Nəsibov Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının Cəfərbəyli kənd inzibati-ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində çalışır. O, Sənubər Əsədovanın ərinin bacısı oğlu R.Cəfərovu məcburi əməyə cəlb edib. Valideynlərini uşaq yaşlarından itirmiş, yüngül dərəcəli əqli gerilik xəstəliyi olan zərərçəkmiş R.Cəfərov qardaş və bacıları ilə birlikdə dayısının himayəsində böyüyüb. Ferması olan Nəsib isə 2016-cı ildən 2021-ci ilə qədər R.Cəfərovu Sənubərə ayda 100 manat, sonralar isə 150 manat pul ödəməsi şərti ilə əməyini istismar edib. Belə ki, qadın onu 2016-cı ilin sonlarında Nsəibin yaşadığı Ağcabədi rayonu Cəfərbəyli kəndində yerləşən həyətyanı sahəsində iri və xırdabuynuzlu heyvanlarına baxmaqla çobanlıq etmək adı ilə təhvil verib. R.Cəfərov vəzifəli şəxsin fermasında əmək müqaviləsi bağlamadan, onun özünə şəxsən əmək haqqı ödəmədən çalışıb. R.Cəfərovun şikayətindən sonra isə hər iki şəxs cinayət məsuliyyətinə cəlb edilib.скачать dle 11.3
Mojo.az Banner