Mojo.az Banner
23:01 Çəki gedir, bəs sağlamlıq? – Mədəkiçiltmə əməliyyatının təhlükəli tərəfləri  |     22:54 Nazir onu direktor TƏYİN ETDİ  |     22:48 Samuxda qarayara xəstəliyi təsdiqləndi – Nazirlikdən AÇIQLAMA  |     22:34 Biləsuvarda mübahisə ölümlə nəticələndi: 16 yaşlı oğlan saxlanıldı  |     22:26 Səudiyyə Ərəbistanında neftayırma zavoduna PUA HÜCUMU  |     22:16 Qəzzanın polis rəisi İsrailin zərbəsi nəticəsində ölüb  |     22:03 Liftdən istifadə ömrümüzü qısaldır  |     21:58 Doktorantlara hansı hallarda hərbi möhlət verilir? - Rəsmi cavab  |     21:50 “Həzi Aslanov” nə vaxt açılacaq?  |     21:42 Məktəbli formalarının qiymətləri açıqlandı – RƏSMİ  |     21:37 Arıqlama dərmanları təhlükəlidir ? - Bu problemlə üzləşə bilərsiniz  |     21:30 "Bu, qatarlar arasında intervalı azaldacaq"  |     21:25 Azərbaycandakı "Qocalar ev"ində yaşayanların sayı azalıb  |     21:18 Qriqoryan həbs edilmək üçün saxlanıldı  |     21:11 “Şəfa” fransalı futbolçunu heyətinə qatdı  |     21:05 Azyaşlılar üçün ingilis dili imtahanına qeydiyyat başladı  |     20:39 Rusiya Ermənistana şərt qoydu  |     20:33 Xaricdən gətirilən bitki yağlarında təhlükəli maddə tapıldı  |     20:13 Konfrans Liqası: "Qarabağ" "Dinamo Kiyev"ə qarşı: Oyun başladı - CANLI YAYIM  |     20:02 Kəlbəcərdə mina partladı: Xəsarət alan var  |    
Left Banner
Right Banner

Ələkbər Yasamallının evi qarət edildi: Özü isə hədələnir

31.07.2024 18:15 1 056
Ələkbər Yasamallının evi qarət edildi: Özü isə hədələnir
Meyxanaçı Ələkbər Yasamallının evini talayıblar.

Bu barədə "Qaynarinfo"ya onun özü məlumat verib.

Meyxanaçı bildirib ki, onun evinə gecə vaxtı bir dəstə adam daxil olub və bütün əşyalarını aparıblar:

"45 yaşım var, bundan sonra mənə torpağın üstü deyil, altı maraqlıdır. Burada söhbət konkret cinayət əməlindən gedir. 2005-ci ildə tikdiyim evin qarşısı yola açılır. Alverçi olmadığımdan həmin sahə ilə maraqlanmamışam. İndi bir dəstə adam gəlib mənə həmin ərazi üçün külli miqdarda pul təklif edib. Razı olmadım. Dedim ki, burada bir neçə adamın haqqı var, gedin onlarla razılaşın. Heç kəs razılaşmadı. Gördülər ki, razı olmadıq, zora əl atdılar. Evimi talayıblar, içərisində nə varsa, aparıblar. Hadisənin video görüntüləri var".

Meyxanaçı evinin talanmasında qazi Mirmövsüm Eynalovu ittiham edib:

"Məhəlləni əlimizdən alıb meyvə dükanı açmaq istəyirlər. Evin ustasını, gözətçisini hədələyirlər. Elə vəzifəli adamların adlarını çəkirlər ki, adamı vahimə basır. Mirmövsüm Eynalov hər gün gəlir, evdən çıxmağımızı tələb edir. Deyirəm ki, sən mənim evimdə meyvə satmaq istəyirsən, amma sənin əlin-qolun var. Şəhid balası torpağın altındadır. Sən onun torpağına əl qoyursan. Onun ailəsinin öz evində yaşaması daha çox onun haqqıdır. Gəl nə tikirsənsə tik, heç olmasa şəhidin balasının haqqını ver".

Ələkbər Yasamallı artıq məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət olunduğunu qeyd edib:

"Məni qorxudur. Deyir ki, birbaşa yuxarıya çıxışım var. Eynalov qazidir, Şamaxıdandır, dediyinə görə, zavodu var, amma mənim bir tikəmi də əlimdən almaq istəyir. Onların evimə vurduğu ziyanın çəkilişləri var, hamısını hüquq-mühafizə orqanlarına təqdim etdim".скачать dle 11.3
Mojo.az Banner