Mojo.az Banner
21:59 Türkiyə-Ermənistan sərhədi açılır? - İrəvandan YENİ AÇIQLAMA  |     21:53 Ermənistandan Azərbaycana alüminium folqa ixrac edilib  |     21:45 Marketdə vaxtı keçmiş "NAN" uşaq yeməyi satılır - ŞİKAYƏT  |     21:40 Ajda Pekkan 80 yaşında su idmanına başladı  |     21:34 Ağıllı eynək qalmaqalı böyüyür – Qadınları gizli çəkib internetdə yayırmışlar  |     21:26 Gözlənilməz hadisələr YAŞANACAQ - Diqqət!  |     21:21 Bəzi avtobus marşrutları müsabiqəyə çıxarılır  |     21:13 Pünhanın 2 min nəfərlik toyunda qalmaqal: Müğənni ilə tamada arasında mübahisə  |     21:08 Çin süni intellekt serverlərini okeanın dibinə yerləşdirdi  |     21:01 İki metrostansiyadan ödənişsiz istifadə nə vaxtadək davam edəcək? (VİDEO)  |     20:56 Bankomatda hesabı açıq qoydu - Başına iş gəldi  |     20:49 Nömrə satışı adı altında 3 600 manatlıq dələduzluq  |     20:44 Bakıda yarımçıq tikilidə yeddi ailənin təhlükəli həyatı (VİDEO)  |     20:36 Formula 1 Bakının iqtisadiyyatına nə qədər təsir edir?  |     20:31 Bakıda mənzillər sürətlə bahalaşır: Son vəziyyət (VİDEO)  |     20:18 Üzümün faydaları: Kimlər onu böyük porsiyalarla yeməməlidir?  |     20:10 Gələn il orta illik inflyasiya nə qədər olacaq?  |     20:03 Telefonla danışmayın, ağacların altında dayanmayın! - Nazirlikdən xəbərdarlıq  |     19:56 Azərbaycanda Dövlət Qulluğu Məcəlləsi hazırlanıb  |     19:51 Mal əti bahalaşdı - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

Avropa Qızlar İnformatika Olimpiadasında (EGOI 2024) məktəblilərimiz uğurla çıxış edib

29.07.2024 22:06 915
Avropa Qızlar İnformatika Olimpiadasında (EGOI 2024) məktəblilərimiz uğurla çıxış edib
21-27 iyul tarixlərində Niderlandın Veldhoven şəhərində 4-cü Avropa Qızlar İnformatika Olimpiadası (EGOI 2024) təşkil edilib.

Median.Az xəbər verir ki, 56 ölkədən 194 nəfər məktəbli qız şagirdin iştirak etdiyi olimpiadada məktəblilərimiz uğurla çıxış edərək 2 bürünc medal və 1 həvəsləndirici mükafat qazanıblar.

Belə ki, Bakı şəhəri, Fizika, riyaziyyat və informatika təmayüllü liseyinin IX sinif şagirdi Rahidil Bayramlı və Bakı Modern Təhsil Kompleksinin XI sinif şagirdi Nigar Hacıyeva bürünc medala, Gəncə şəhəri, Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin X sinif şagirdi Ayan Kərimova isə həvəsləndirici mükafata layiq görülüb.

Məktəblilərimizi təbrik edir və onlara daha böyük nailiyyətlər arzulayırıq!

Qeyd edək ki, 2017-ci ildən etibarən informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi “Azercell Telekom” MMC-nin dəstəyi ilə həyata keçirilir. Bu müddət ərzində Azərbaycanın bölgələrindən və paytaxt məktəblərindən olan şagirdlərimiz fərqli yaş qrupları üzrə müxtəlif miqyaslı proqramlaşdırma müsabiqələrində ümumilikdə 72 medal əldə ediblər.//oxu.azскачать dle 11.3
Mojo.az Banner