Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi |
Mojo.az Avto
Mojo.az Avto

Fransa aviaşirkətləri Livana uçuşları dayandırıb

29.07.2024 18:53 954
Fransa aviaşirkətləri Livana uçuşları dayandırıb
Fransanın "Air France” və "Transavia” aviaşirkətləri İsrailin Livanın "Hizbullah" hərəkatına qarşı mümkün əməliyyatı ilə əlaqədar təhlükəsizlik təhdidləri ilə bağlı narahatlıqlar fonunda Livana uçuşları dayandıracaq.

Bu barədə "BFMTV” telekanalı məlumat yayıb.

""Air France” aviaşirkəti uçuş təhlükəsizliyini ən yüksək səviyyədə təmin etmək üçün xidmət etdiyi ərazilərdə geosiyasi vəziyyətin inkişafını daim izləyir”, - aviaşirkətin mətbuat xidmətindən bildirilib.

Uçuşların dayandırılması iyulun 29 və 30-na planlaşdırılan reyslərə təsir edəcək. Eyni zamanda, Almaniyanın "Lufthansa Group” aviadaşıyıcısı Livanın paytaxtı Beyruta uçuşlara qoyulan qadağanın avqustun 5-dək uzadıldığını açıqlayıb. Daha əvvəl Livanın xarici işlər naziri vəzifəsini icra edən Abdullah Həbib bildirmişdi ki, bir sıra xarici aviaşirkətlər İsrailin Livana hücumundan ehtiyatlandıqları üçün Beyruta uçuşları dayandırıb.

Son xəbərlər