Mojo.az Banner
21:59 Türkiyə-Ermənistan sərhədi açılır? - İrəvandan YENİ AÇIQLAMA  |     21:53 Ermənistandan Azərbaycana alüminium folqa ixrac edilib  |     21:45 Marketdə vaxtı keçmiş "NAN" uşaq yeməyi satılır - ŞİKAYƏT  |     21:40 Ajda Pekkan 80 yaşında su idmanına başladı  |     21:34 Ağıllı eynək qalmaqalı böyüyür – Qadınları gizli çəkib internetdə yayırmışlar  |     21:26 Gözlənilməz hadisələr YAŞANACAQ - Diqqət!  |     21:21 Bəzi avtobus marşrutları müsabiqəyə çıxarılır  |     21:13 Pünhanın 2 min nəfərlik toyunda qalmaqal: Müğənni ilə tamada arasında mübahisə  |     21:08 Çin süni intellekt serverlərini okeanın dibinə yerləşdirdi  |     21:01 İki metrostansiyadan ödənişsiz istifadə nə vaxtadək davam edəcək? (VİDEO)  |     20:56 Bankomatda hesabı açıq qoydu - Başına iş gəldi  |     20:49 Nömrə satışı adı altında 3 600 manatlıq dələduzluq  |     20:44 Bakıda yarımçıq tikilidə yeddi ailənin təhlükəli həyatı (VİDEO)  |     20:36 Formula 1 Bakının iqtisadiyyatına nə qədər təsir edir?  |     20:31 Bakıda mənzillər sürətlə bahalaşır: Son vəziyyət (VİDEO)  |     20:18 Üzümün faydaları: Kimlər onu böyük porsiyalarla yeməməlidir?  |     20:10 Gələn il orta illik inflyasiya nə qədər olacaq?  |     20:03 Telefonla danışmayın, ağacların altında dayanmayın! - Nazirlikdən xəbərdarlıq  |     19:56 Azərbaycanda Dövlət Qulluğu Məcəlləsi hazırlanıb  |     19:51 Mal əti bahalaşdı - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

Ağadadaş Ağayevin son durumu açıqlandı: "Əgər səhhəti əl versə..."

27.07.2024 14:47 2 862
Ağadadaş Ağayevin son durumu açıqlandı:
Bir neçə gün əvvəl Xalq artisti Ağadadaş Ağayevin gündəmə gəldiyi balta olayı ilə bağlı təfərrüat məlum olduqdan sonra mövzu ətrafında gedən müzakirələr daha da alovlanıb.

Məsələnin təfərrüatı, sənətçinin səhhəti ilə bağlı Yenisabah.az-a onun vəkili Asim Abbasov danışıb.

A.Abbasov hazırda iş üzrə zəruri istintaq hərəkətlərinin davam etdirildiyini bildirib:

"Ağadadaş Ağayevin səhhəti yaxşı deyildi, bir neçə gün idi ki, sənətçi həkim nəzarəti altında idi. Ola bilər yaxın günlərdə özü bu barədə mətbuata açıqlama versin.

Əgər səhhəti əl versə, qısa zaman ərzində Ağadadaş müəllim həm mətbuata, həm cəmiyyətə açıqlama verəcək. Hələ ki, istintaq davam etdiyi üçün məsələ barəsində açıqlama verə bilmirik. Biz eyni zamanda, buna görə məsuliyyət daşıyırıq".

Xatırladaq ki, bir neçə gün öncə Bakının Binəqədi rayonu ərazisində özəl klinikalarının birinin həyətində insident baş verib. Xalq artisti A.Ağayev balta ilə klinikanın həyətinə gələrək, mühafizəçiyə balta atıb və onunla əlbəyaxa davaya çıxıb. Hadisə zamanı atılan balta klinikanın əməkdaşı olan qadına dəyib və o xəsarət alıb.

Faktla bağlı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanılıb.скачать dle 11.3
Mojo.az Banner