Mojo.az Banner
19:14 Əli Kərimlinin cinayət işi üzrə istintaq bitdi  |     19:09 Bu ölkə İranla diplomatik əlaqələrini kəsdi  |     19:02 Bakıda əməliyyat - Bir nəfər həbs edildi (VİDEO)  |     18:57 Bakı-Sumqayıt yolunda yeni avtobus zolağı çəkildi - VİDEO  |     18:50 Vəzir Həsənovun İdarəsində yoxlama aparıldı - Bu şəxslər cəzalandırıldı  |     18:42 Bir ayda 8 milyard manatdan çox nağdsız ödənişlər edilib  |     18:37 600-dən yüksək bal toplayanların NƏZƏRİNƏ!  |     18:30 Naxçıvanda maşın yolu keçən qadını vurdu  |     18:24 "Ay Xalı" şirkətindən ŞİKAYƏT - VİDEO  |     18:15 Kolleclərin boş qalan yerlərinə ixtisas seçimi üçün ərizəsini təsdiqlənlərin sayı açıqlandı  |     18:10 "TikTok" 16 milyonluq cəriməni ödəməyə razı oldu  |     18:03 “Son 1 ədəd qalıb”: Onlayn mağazalar alıcını necə tələsdirir?  |     17:34 Formula 1 üzrə Azərbaycan Qran-prisində sıralama turuna yekun vurulub  |     17:28 Fəyyaz Xankişiyevin 500 minlik dələduzluqda təqsirləndirilən oğlunun işində YENİLİK  |     16:29 Azərbaycanda tanınmış idmançı HƏBS EDİLDİ  |     16:09 Bakıda sürücülər arasında DAVA: Biri hava limanında saxlanıldı  |     16:06 Azərbaycanda sabiq məmur vəfat etdi - FOTO  |     15:42 Vətəndaşların milyonlarını mənimsəyən şirkət rəhbərinə HÖKM OXUNDU  |     15:39 Deputat “iPhone 18” alanlardan DANIŞDI: Telefon üçün gecəni küçədə keçirdilər  |     15:20 Kompensasiya davası edən Kamran Seyidov 50 yaşlı qadını tamah üstündə ÖLDÜRÜBMÜŞ  |    
Mojo.az Avto
Mojo.az Avto

Səfa Mirzəyev vəfat etdi

22.07.2024 21:57 987
Səfa Mirzəyev vəfat etdi
Milli Məclis Aparatının sabiq rəhbəri Səfa Mirzəyev vəfat edib.

Bu barədə Median.Az “Report”a istinadən xəbər verir.

Mərhumun ailəsindən verilən məlumata görə, o, uzunsürən xəstəlikdən sonra biraz əvvəl dünyasını dəyişib.

Qeyd edək ki, Səfa Mirzəyev 1952-ci il mayın 12-də anadan olub. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1978–1990-cı illərdə Bakı Dövlət Universitetində müəllim, baş müəllim, dekan müavini və dosent vəzifələrində çalışıb. Hüquq üzrə fəlsəfə doktorudur.

1992-ci ildən Milli Məclis Aparatında işləyib. Ali Sovet Katibliyinin hüquq təminatı və nəzarəti şöbəsinin müdiri, katibliyin rəisi, baş katibi, Milli Məclis Katibliyinin rəhbəri olub.

6 fevral 1997-ci ildən Milli Məclis Aparatının rəhbəri olub. 1995-ci ildə Azərbaycan Respublikasının yeni konstitusiya layihəsini hazırlayan komissiyanın üzvü olub. 11 may 2012-ci ildə Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə "Şöhrət" ordeni ilə, 11 may 2022-ci ildə Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

İki il öncə Milli Məclisin Aparat rəhbəri vəzifəsindən azad edilib. O, son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.скачать dle 11.3
Mojo.az Banner