Mojo.az Banner
21:43 Uşaqlar üçün ən faydalı cizgi filmləri BUNLARDIR  |     21:31 Bu gölün ətrafındakı torpaqlar qızılla örtülüb  |     21:15 Mənzil aldı, 22 kvadratmetr itirdi: Xırdalan sakini şirkətdən şikayətçidir - Video  |     21:13 Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti yük göndəriləcək  |     21:10 UFC ulduzundan sərt açıqlamalar: "Tsarukyanı biabır edəcəyəm"  |     20:23 Rusiyanın hərbi fəallığına görə Yaponiya iki cəbhədə müharibəyə hazırlaşır  |     20:18 İrandakı müharibə "Toyota"ya zərbə vurdu: 83 min avtomobil...  |     20:10 Fermer azərbaycanlı merə hücum etdi - Vəziyyəti ağırdır  |     20:04 Avropada anormal istilər bir neçə ölkədə ölümə səbəb olub  |     19:55 Biznes üçün vahid maliyyə platforması yaradılacaq  |     19:50 Qlobal çöküş: Yer əhalisi 2064-cü ilə qədər iki dəfə azala bilər  |     19:43 Kino tarixini dəyişdirən görüş: Spilberqin kult filminin adı necə dəyişdi?  |     19:37 Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq  |     19:30 Gəncədə restoran yandı  |     19:25 Rusiya Ermənistana xəbərdarlıq etdi  |     19:16 “Reddit”in sahibi vəfat etdi  |     19:11 28 May günü hava necə olacaq?  |     19:04 İmişlidə maşın piyadanı vurdu  |     18:44 Zelenskidən Trampa təcili məktub: Hava hücumundan müdafiə kritik həddədir  |     18:35 "Şimal" I Liqaya vəsiqə uğrunda matçda qələbə qazanıb  |    
Left Banner
Right Banner

"Yuventus"un əfsanəsi məhkəmə qarşısına çıxacaq: Ciddi İTTİHAMLAR

20.07.2024 22:04 1 548
Keçmiş çexiyalı futbolçu bir sıra ittihamlarla üzləşib.

Pavel Nedved "Yuventus"da iki fərqli mövqedə özünü təsdiqləyib. O, 2001-2009-cu illərdə "Qoca sinyora"nın oyunçusu, 2015-2022-ci illərdə isə vitse-prezidenti olub.

Lent.az xarici mediaqya istinadən məlumat verir ki, cexiyalının klubdakı macəraları onun istefası ilə başa çatıb. Bu, sənədlərdə köçürmə məbləğlərinin çox göstərilməsi ilə bağlı işin başlanması ilə eyni vaxta təsadüf edib.

Ötən ilin mayında "Yuventus" cərimələnib - on xal A Seriyasının turnir cədvəlindən silinib. Klub turniri 7-ci pillədə başa vurub və Avropa yarışlarında iştirak etməyib.

Bununla belə, məsələ bitməyib. Prokurorluğa kapital artımı ilə bağlı daha bir iddia daxil olub. Söhbət səhmlərin manipulyasiyasından və ya saxta hesab-fakturaların verilməsindən gedir.

Nedveddən başqa, təqsirləndirilənlər arasında məşhur keçmiş “Yuventus” fəalları da var Andrea Aqnelli və “F1 Ferrari” komandasının rəhbəri Mauritsio Arrivabenenin adı çəkilir.

Bu məsələyə ciddi yanaşılır. İttihamlar təsdiqlənərsə, bu dəfə fəalları idarəetmə funksiyalarından uzaqlaşdırılmaqla yanaşı, həbs cəzası gözləyir.

“Qoca sinyora” İtaliyanın ən uğurlu klubudur. Byankonerilər 36 çempionluq, 15 İtaliya kuboku və 9 İtaliya Superkuboku qazanıb.
скачать dle 11.3
Mojo.az Banner