Mojo.az Banner
14:23 Qaradağda vulkan püskürməsi ilə bağlı rəsmi açıqlama - YENİLƏNİB  |     14:11 Təqaüdçülərin pullarını oğurlayan şəxs ƏLƏ KEÇDİ - VİDEO  |     14:05 Yardımlı polisindən ƏMƏLİYYAT: Keçmiş məhkumlar tutuldular  |     13:57 Laçında traktor MİNAYA DÜŞDÜ  |     13:56 NATO təlimində şok insident: Hərbçilərə atəş açıldı  |     13:55 Azərbaycan neftinin SON QİYMƏTİ  |     13:54 Rusiyada dron hücumunda ölən azərbaycanlının cənazəsi ölkəyə gətirilib  |     13:52 Narkotiki şaftalı adı ilə gömrükdən keçirmək istəyənlər İFŞA OLUNDULAR - VİDEO  |     13:50 Nazir: "Son 30 ildə Azərbaycanda mina qurbanlarının sayı 3 500 nəfəri ötüb"  |     13:47 "Qəbələ" heyətini yeni futbolçu ilə gücləndirib  |     13:44 Ceyhun Bayramov: "Biz hazırda de-fakto sülhə nail olmuşuq"  |     13:43 Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış edib  |     13:40 ÜST rəhbərindən dünyaya HƏYƏCAN TƏBİLİ: "Yeni pandemiya qaçılmazdır"  |     13:37 Bakıda 420 min manatlıq mənzili saxta sənədlərlə ələ keçirib 170 min manata satdı – MƏHKƏMƏ  |     13:31 Sabah Bakıda 29, rayonlarda 33 dərəcə isti olacaq  |     23:01 Tanınmış iqtisadçının evinə ilan girdi - Sumqayıtda təhlükəli anlar  |     22:56 Kürdəmirdə açıq ərazidə yanğın başlayıb  |     22:50 Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı  |     22:43 Hazırda istifadə edilən ödəniş kartlarına da məhdudiyyət qoyulacaq? - Açıqlama  |     22:38 Zidan QADAĞAN ETDİ  |    
Mojo.az Avto
Mojo.az Avto

"Range Rover" əvvəl ağaca, sonra mağazaya çırpıldı: Xəsarət alanlar var - VİDEO

19.07.2024 12:22 1 599
Bu gecə Abşeron rayonu Novxanı qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Belə ki, "Range Rover" markalı avtomobilin əvvəlcə irigövdəli ağaca, sonra isə marketə çırpıldığı bildirilir.

Bununla bağlı videogörüntü sosial şəbəkədə yayımlanıb.

Hadisə ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinə (BDYPİ) sorğu ünvanladıq.

İdarənin İctimai qurumlarla əlaqə şöbəsinin xüsusilə mühüm tapşırıqlar üzrə baş inspektoru, polis polkovnik-leytenantı Mübariz Ağayev oxu.az-ın sorğusuna cavab olaraq faktı təsdiqləyib.

"Ötən gün saat 3 radələrində Novxanı qəsəbəsi ərazisində paytaxt sakini 37 yaşlı Nuru Məmmədov idarə etdiyi "Range Rover" markalı avtomobili yolun kənarında yerləşən ticarət obyektinə vurub.

Qəza nəticəsində sürücü, eləcə də avtomobildə olan sərnişinlər, Bakı şəhər sakinləri - 24 yaşlı Ümid Manafov və 25 yaşlı Seymur İsayev xəsarət alıb. Onlar xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar. Əraziyə yol-patrul xidmətinin əməkdaşları cəlb ediliblər, faktla bağlı araşdırma aparılır", - deyə məlumatda qeyd olunur.
скачать dle 11.3



Mojo.az Banner