Mojo.az Banner
23:01 Tanınmış iqtisadçının evinə ilan girdi - Sumqayıtda təhlükəli anlar  |     22:56 Kürdəmirdə açıq ərazidə yanğın başlayıb  |     22:50 Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı  |     22:43 Hazırda istifadə edilən ödəniş kartlarına da məhdudiyyət qoyulacaq? - Açıqlama  |     22:38 Zidan QADAĞAN ETDİ  |     22:29 Rusiyaya gedən İran qazı Azərbaycandan keçəcək  |     22:23 Bakı metrosunda HƏYƏCANLI ANLAR: Sərnişin relslərə düşdü  |     22:18 Ağaclar qanunsuz kəsildi, təbiətə 225 min manatdan çox ziyan vuruldu  |     22:10 Çay evində mahnı sifarişi üstündə DAVA: Müştəri bıçaqlandı  |     22:05 Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək  |     21:51 Günəşdə güclü partlayış gözlənilir - Maqnit qasırğası olacaq  |     21:44 Ekrandakı “n” işarəsi nə deməkdir? - Cavabı sizi təəccübləndirə bilər  |     21:39 Üç yaşlı uşaq 21 maqnit uddu  |     21:34 Körpələrə ana südü nə qədər verilməlidir?  |     21:26 Navai 7 illik mühafizəçisinə maşın hədiyyə etdi - VİDEO  |     21:21 2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər  |     21:13 Bu ağcaqanadlar daha təhlükəlidir  |     21:07 Zibil qabındakı xoşagəlməz qoxulardan necə qurtulmaq olar?  |     20:59 Bakıda hava niyə "yapışqan" və boğucu hiss olunur? - Meteoroloq səbəbini açıqladı  |     20:54 General-leytenant rütbəsi verilən Allahverən İsmayılov kimdir?  |    
Mojo.az Avto
Mojo.az Avto

Bulvarda sökülən attraksionların yerinə niyə yeniləri gətirilmir? (AÇIQLAMA)

19.07.2024 12:14 1 053
Bulvarda sökülən attraksionların yerinə niyə yeniləri gətirilmir? (AÇIQLAMA)
Xeyli müddətdir ki, Dənizkənarı Bulvarın ərazisində fəaliyyət göstərən çox sayda attraksion yığışdırılıb. Onların yerində indi kafe və restoranlar yerləşir.

Qeyd edək ki, bir neçə il əvvəl bu ərazidə 40-a yaxın attraksion var idi.

Attraksionların fəaliyyətinin yenidən bərpa olunması düşünülürmü?

Dənizkənarı Bulvar İdarəsinin mətbuat katibi Əfsanə Mehdiyeva Bizim.Media-nın sorğusuna cavab olaraq bildirib ki, bulvar ərazisindən yığışdırılan attraksionlar müasir tələblərə cavab vermirdi, istismar müddətini başa vurmuşdu:

"Köhnəlmiş attraksionların yığışdırılması həm də təhlükəsizlik baxımından vacib idi. Onların yeni nəsil attraksionlarla əvəzlənməsi istiqamətində işlər aparılır. İlin əvvəlində azyaşlılar üçün bir neçə yeni attraksion, gəzinti qatarları istifadəyə verilib".

"Bundan əlavə, mart ayında Panorama attraksionu əsaslı təmir olunduqdan sonra yenidən istifadəyə verilib. Qeyd edək ki, attraksion yalnız küləkli hava şəraitində işləmir", - deyə qurum sözçüsü bildirib.скачать dle 11.3
Mojo.az Banner