Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:36 "Beşiktaş"ın təyyarəsində qorxulu anlar: Batumiyə eniş mümkün olmadı | 17:35 Bakıda 155 min manatlıq oğurluq - Tanınmış şirkətin əməkdaşları həbs olundular | 17:34 Saxta pasportla Azərbaycana gələn iranlı ər-arvad həbs edildilər | 17:19 30 il davam edən mənzil qalmaqalı: Məcburi köçkünlə ev sahibi arasında gərgin anlar | 17:11 "Mangal Steak House" işi: 186 min manatlıq dələduzluqda ittiham olunan şəxs hakim qarşısında | 17:04 Sosial müəssisədə doqquz gündür istilik yoxdur? | 16:56 Sosial şəbəkədə möhtəşəm, masada məyusedici: İnfluenser reklamlarının gerçək üzü | 16:40 Fermalarda su sayğacı məcburi olacaq | 15:55 "TikTok"da saxta avtosalon yaradaraq vətəndaşları aldadan şəxs tutuldu | 15:44 Bakıda 51 yaşlı kişi evinin qarşısında öldü | 15:41 Kredit götürərkən bu səhvlərə yol verməyin – EKSPERTDƏN XƏBƏRDARLIQ | 15:34 Ramiz Mehdiyevin şikayətinə baxılıb | 15:33 Quşxana və tövlələrlə bağlı yeni qayda | 15:00 İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - Rəsmi | 13:44 Bakıda kafedə dava: Yeniyetmə icarədarı döydü - Təfərrüat | 13:41 Azərbaycanda bəzi şəxslərə gündəlik işə görə 100 manat ödəniləcək | 12:54 Media sektorunda əmək hüquqları pozulur: Müqaviləsiz iş, az maaş, ödənişsiz zəhmət | 12:24 Bakıda bir sıra ərazilərdə söküntü başladı: Kompensasiya məbləği açıqlandı | 12:17 Elektromobillər ürəkbulanma yaradır? – AÇIQLAMA | 12:14 İsmayıllıda 28 yaşlı kişi hesab ödəməyə görə bıçaqlanıb - Təfərrüat |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda tut ağaclarında kütləvi xəstəlik yayılıb

16.07.2024 12:22 2 373
Azərbaycanda tut ağaclarında kütləvi xəstəlik yayılıb
Biləsuvar rayonunda tut ağaclarının yarpaqlarında kütləvi xəstəlik yayılıb.

Bu barədə İqtisadiyyat.az-a rayon sakinləri məlumat veriblər.

İndiyədək belə bir halın baş vermədiyini söyləyən yerli sakinlər ilk dəfədir tut yarpaqlarında xəstəlik yayılması faktı ilə rastlaşdıqlarını bildiriblər.

Onlar deyiblər ki, bəzi ağacların yarpaqları xəstəlik səbəbindən, demək olar ki, quruyaraq tökülüb.

Sakinlər bu xəstəliyin yarpaqlardan sonra ağacların budaqlarına və gövdəsinə keçmə ehtimalından narahatlıqlarını ifadə ediblər:

"Biz əsasən ondan narahatıq ki, bu xəstəlik ağacların özünü də qurudar. İlk dəfədir belə bir halla rastlaşırıq. Fikrimcə, bu vəziyyəti isti hava və ya şüa ilə əlaqələndirmək düzgün deyil. Çünki indiyə qədər belə bir hal baş verməmişdi. Belə bir vəziyyətin baş verməsi bizə də qaranlıqdır".

Məsələ ilə bağlı kənd təsərrüfatı və ekoloji məsələlər üzrə mütəxəssis Mirsahib Zəkiyev bildirib ki, tut ağacının yarpaqları və giləmeyvələri mineral maddələrlə, üzvi turşularla, şəkərlə zəngin olduğu üçün daim insanlar və heyvanat aləmi üçün, həmçinin həşəratlar üçün cəlbedici olub.

O xatırladıb ki, dünyanın ən qiymətli və möhkəm ipliyi olan ipəyin istehsalı da məhz tut ipəkqurdunun (barama qurdunun) tut yarpaqları ilə qidalandıqdan ifraz etdiyi ağ rəngli qatranabənzər mayenin barama qurdunun barama sarıması nəticəsində baş verir:

"Odur ki, tut ağacının gövdəsi və budaqları, yarpaqları daim müxtəlif növ polifaq zərərvericilərin hücumuna məruz qalır. Tut ağacına ən böyük zərər verən polifaq yarpaq yastıcası və müxtəlif növ sovkalardır. Bunların arasında pambıq sovkası, meyvə ağaclarına zərər verən qurdlar və s. geniş yayılıb. Əsasən, əkin sahələrinə yaxın yerlərdə əkilmiş tut ağaclarının gövdələrində və yarpaqlarında qeyd olunan parazitlər müşahidə olunub. Zərərvericiləri tut ağacının gövdəsi, cavan budaqları və yarpaqları ilə qidalandıqdan sonra ağacın ümumi inkişafı zəifləyir, uzun illər davam edərsə, ağacın inkişafı dayanır".

Mütəxəssisin sözlərinə görə, zərərvericilərlə mübarizədə əsasən çöl quşları, müxtəlif növ arılar, parabüzənlər və böcəklərin rolu böyükdür. Çünki onlar bu zərərvericilərlə qidalanırlar. Kimyəvi mübarizə aparmaq üçün müxtəlif kimyəvi tərkibli insektisidlərin (fumiqant və kontakt tərkibli pestisidlərin) tətbiq edilməsi məsləhət görülür.

Qeyd edək ki, tut ağaclarının yarpaqlarındakı xəstəlik faktı rayonun əksər ərazisində müşahidə olunur.

Son xəbərlər