Mojo.az Banner
22:55 Bu müəlimlərin əməkhaqqı artırılacaq - MÜTDA  |     22:32 78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu  |     22:20 Bu ölkədə yemək də, qalmaq da pulsuzdur  |     22:13 Bakıda kondisionerə görə artıq pul istəyən taksi sürücüsü HƏBS OLUNDU  |     22:06 Sumqayıtda sübh tezdən oteldə insident törədən qız HƏBS OLUNDU  |     22:01 Heç vaxt müflis olmayacaq BÜRCLƏR  |     21:54 Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı  |     21:48 Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi  |     21:40 Yarasalar ilk dəfə harada peyda olub? - TƏDQİQAT  |     21:33 Bakıda aliment borclarını ödəməyən ata həbs olundu  |     21:27 Rusiyaya gedən şaftalı yükündən görün nələr çıxdı? - VİDEO  |     21:13 Uranın peykinin altında 160 kilometr dərinliyində okean olmuş ola bilər  |     21:08 Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi  |     21:03 Taylandda güclü yağışlar daşqınlara səbəb oldu  |     20:56 Mənzil almazdan əvvəl bunu bilməlisiniz – Hansı evlər dəyər itirə BİLƏR?  |     20:51 Emin Ağalarov: “Sea Breeze" beynəlxalq investisiya xəritəsinə daxil olub”  |     20:43 Miri Yusif “Tanrı”nı təqdim etdi - VİDEO  |     20:38 İranda avtobus qəzası: 11 ölü, 17 yaralı var  |     20:29 Azərbaycanda bu məktəblər birləşdirilə bilər - Yeni qərarın detalları  |     20:24 Samir Bağırov səhnəyə qayıtdı - YENİ KLİPİ (VİDEO)  |    
Mojo.az Avto
Mojo.az Avto

Vaşinqton sammitinin bəyannaməsində Gürcüstanın NATO perspektivləri barədə qeydlər çıxarılıb

11.07.2024 18:34 1 293
Vaşinqton sammitinin bəyannaməsində Gürcüstanın NATO perspektivləri barədə qeydlər çıxarılıb
"NATO-nun Vaşinqton sammitinin yekun bəyannaməsində Gürcüstanın Avro-Atlantik perspektivi haqqında ənənəvi qeyd yoxdur".

Bunu Hudson İnstitutunun elmi əməkdaşı Lük Koffi özünün "X" sosial şəbəkə hesabından yazıb.

"Vaşinqton sammitinin yekun bəyannaməsindən Gürcüstanın NATO-ya üzv olmaq istəyi ilə bağlı bütün qeydlər çıxarılıb. 2008-ci ildən Buxarestdə görülən bütün ağır işlər "Rusiya qanunu" səbəbindən heçə endirildi", - deyə paylaşımda bildirilib.

Qeyd edək ki, NATO sammitində Gürcüstanı xarici işlər naziri İliya Darçiaşvili təmsil edib. O bildirib ki, NATO-ya inteqrasiya Gürcüstanın xarici siyasət prioriteti olaraq qalır.

Yekun bəyannamədə Gürcüstana az diqqət yetirilməsini isə o, sammitin əsas xəttinin Ukraynadan keçməsi ilə izah edib.

Darçiaşvilinin səfəri Vaşinqtonun rəsmi Tbilisi ilə münasibətlərini yenidən nəzərdən keçirdiyi bir vaxtda baş tutur. Ötən həftə Vaşinqton Gürcüstanda hər il keçirilən "Noble partner" ("Layiqli tərəfdaş") təlimlərini təxirə salmaq qərarına gəlib. Təlimlər 25 iyul - 6 avqust tarixlərində keçirilməli idi.скачать dle 11.3
Mojo.az Banner