Mojo.az Banner
23:01 Xırdalan sakinlərini SEVİNDİRƏCƏK XƏBƏR  |     22:54 3 elektron pul təşkilatının lisenziyaları ləğv edilib  |     22:49 2 avtobusda gedişhaqqı artırıldı  |     22:43 "WhatsApp" "Meta" AI söhbətləri üçün gizli rejimi aktivləşdirdi (FOTO)  |     22:38 Məşhur şirkətlər süni intellektə görə minlərlə əməkdaşı ixtisar edir  |     22:30 Beyləqan Xəstəxanasında daha bir vəzifəli şəxs işdən çıxdı  |     22:25 Bu mənzillər ucuzlaşa BİLƏR  |     22:19 Səsboğucu hansı hallarda qanunidir? - Maşın həvəskarlarının DİQQƏTİNƏ - 150 MANAT CƏRİMƏ  |     22:12 İranla yeni müharibənin anonsu verildi  |     22:04 Vado Korovinin kürəkəni İŞDƏN ÇIXARILDI  |     21:59 Sosial şəbəkələrdəki bu reklamlarla bağlı - Xəbərdarlıq  |     21:51 İçərişəhər sakinlərinin sistemli uçotuna başlanıldı - İlk dəfə  |     21:44 Şuşadakı bu 3 bina sökülə bilər  |     21:39 May pensiyaları ödənildi  |     21:33 Qadın güləşçimiz Avropa çempionatında gümüş medal qazandı  |     21:25 Əcnəbilər Azərbaycanda yaşama icazələrini elektron qaydada alacaqlar  |     21:20 11 ildən sonra süni intellekt sayəsində 400 min dollarlıq "Bitcoin"ə çıxış əldə etdi  |     21:13 Bakıda taksilər avtobus zolaqlarından istifadə edə biləcəklər? - AÇIQLAMA  |     21:08 "Space"də islahatlar davam edir: Radionun direktoru da işdən çıxarıldı  |     21:00 Azərbaycanda ən çox tələb olunan 10 peşə: Orta əməkhaqqı nə qədərdir?  |    
Left Banner
Right Banner

Azərbaycanda dəhşət! Qadının ağzına qaynar su töküb, videosunu çəkdi

11.07.2024 16:02 1 053
Azərbaycanda dəhşət! Qadının ağzına qaynar su töküb, videosunu çəkdi
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə Seymur Şahalıyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Seymur Şahalıyevə Cinayət Məcəlləsinin 16 maddəsi ilə ittiham irəli sürülüb. İttihamlar sırasında zor tətbiq etmə hədəsi ilə mənzilə daxil olma, pornoqrafik məzmunlu materialları qanunsuz yayma, adam oğurluğu, azyaşlıya qarşı seksual xarakterli hərəkətlər və digəriləri var. İttihamlar təsdiqlənsə, Seymur Şahalıyevə ömürlük cəza verilə bilər.

Prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Seymur Şahalıyevin vəkili iş üzrə ibtidai istintaqın düzgün aparılmadığını, bu səbəbdən ibtidai istintaqa qaytarılması ilə bağlı vəsatətlə çıxış edib. Vəsatət müzakirə olunub, dövlət ittihamçısı Elvin Mirzəyev təmin edilməməsini, işin məhkəmə baxışına verilməsini istəyib. Məhkəmə qısa müşavirədən sonra vəkilin vəsatətini təmin etməyib. İşin baxışa verilməsi ilə bağlı qərar qəbul edib.

İttihama görə, Seymur Şahalıyev qeyri-rəsmi münasibətdə olduğu qadına qarşı xüsusilə ağır işgəncələr verib. O, qadına müxtəlif işgəncələr verəndən sonra ağzına qaynar su tökərək yandırıb. Bundan başqa Seymur Şahalıyev qadının 9 yaşlı qızını zorlamaqda və oğlunu girov saxlamaqda, qadının çılpaq videosunu çəkərək ərinə göndərəcəyi ilə hədələməklə ondan 50 min manat tələb etməkdə təqsirləndirilir.

İş materiallarına görə qadın Seymur Şahalıyevin tələb etdiyi pulu verməyib, o, çəkidiyi pornoqrafik məzmunlu videonu qadının ərinə göndərib. Seymur Şahalıyev Cinayət Məcəlləsinin hamilə qadına əzab vermə (133.2.2), yetkinlik yaşına çatmayana əzab vermə (133.2.4), işgəncə ilə əzab vermə (133.2.6), öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə, hədənin icra ediləcəyi üçün real əsaslar olduqda(134), adam oğurluğu, iki və ya daha çox şəxs barəsində törədildikdə(144.2.1), qanunsuz azadlıqdan məhrum etmə (145.2.2), yetkinlik yaşına çatmayanı qanunsuz azadlıqdan məhrum etmə (145.2.3-cü), qanunsuz azadlıqdan məhrum etmə, zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə (145.2.5), 14 yaşına çatmayan şəxsə qarşı seksual xarakterli zorakılıq hərəkətləri (150.3.3), şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının yayılması (156.1), zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə mənzilə daxil olma (157.2), təkrar dələduzluq (178.2.2), hədə-qorxu ilə tələb etmə təkrar törədildikdə(182.2.2), hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə(182.2.3), xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə (182.2.4-cü) və pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma (242) maddələri ittiham elan olunub.

Məhkəmə iyulun 24-də davam etdiriləcək.

///Musavat.comскачать dle 11.3
Mojo.az Banner