Mojo.az Banner
16:54 Dünya təcrübəsi Azərbaycana gəlir – Bakı küçələri avtomobillərdən təmizlənəcək?  |     16:51 Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reyslər təxirə salındı - SƏBƏB  |     16:44 Kobaxidze: "Gürcüstan və Azərbaycan arasında heç bir gərginlik yoxdur"  |     16:28 Vüsal Şilderin qətli 1000 manata icra olunub?  |     16:15 Cəlilabadda itkin düşən qadınla bağlı İLGİNC DETAL: "Bizi görüb qaçdı" - VİDEO  |     16:14 Bəxtiyar İsmayılov vəzifəsindən azad olundu: Nazir müavini TƏYİN EDİLDİ  |     16:13 Pakistanda azərbaycanlı qadına qarşı DƏHŞƏT: Üç kişi tərəfindən zorlandı  |     15:51 Üç uşağı nəzərə alındı, həbsə getmədi - 117 min manatlıq iş üzrə hökm  |     15:50 Azərbaycanda yeni turizm məhsulları yaradılır  |     15:33 Rusiyada təhsil almaq istəyən azərbaycanlı tələbələrlə bağlı diqqətçəkən AÇIQLAMA  |     15:31 Manatın ucuzlaşması nələrə təsir edəcək? Dərmandan turizmə qədər...  |     15:28 Keçmiş sevgililər geri qayıda bilər, amma... – Astroloqdan XƏBƏRDARLIQ  |     15:25 Jurnalist Əvəz Zeynallı vəfat etdi  |     13:33 LEYSAN olacaq, bəzi ərazilərə qar yağacaq  |     13:20 Bakının bəzi mərkəzi küçələrində avtomobillərin hərəkəti hər gün məhdudlaşdırılacaq - FOTO  |     13:03 Ukraynada həlak olan Azərbaycan vətəndaşının nəşi ölkəyə gətiriləcək  |     12:47 24 yaşlı qadının ölümünə səbəb olan həkim bir il həbsxanada qalacaq  |     12:44 "5 milyon qazansa da, gözü əlavə 100 manatdadır" – SOSİOLOQ  |     12:34 Fermerlərin NƏZƏRİNƏ: Yeni güzəştlərlə bağlı QƏRAR İMZALANDI  |     12:14 Sakinlərin NƏZƏRİNƏ: Bakının bəzi ərazilərində qaz olmayacaq  |    
Mojo.az Avto
Mojo.az Avto

Birgə yaşadığı kişiyə görə rəfiqəsini öldürüb basdırıbmış: İçki məclisindən sonra niyə qan tökülüb?

10.07.2024 21:24 1 923
Birgə yaşadığı kişiyə görə rəfiqəsini öldürüb basdırıbmış: İçki məclisindən sonra niyə qan tökülüb?
Hadisə Xəzər rayonunun Mərdəkan qəsəbəsindəki bağ evlərindən birində qeydə alınıb.

Lalə Vəliyeva 2009-cu ildən qeyri-rəsmi münasibətdə olduğu Valeh Məmmədovla rəfiqəsi, əvvəl məhkum olunmuş Zəminə Babayevanın evinə qonaq gəlib. İçki məclisindən sonra aralarında düşən mübahisə zamanı Zəminə Babayeva əvvəlcə rəfiqəsi Lalə Vəliyevanı, daha sonra isə onun sevgilisi Valeh Məmmədovu bıçaqlayıb.

"Gördüm, gəlir üstümə. Dedim, ay Zəminə xanım, nə olub? Sonra bıçağı üstümə atdı. İkinci dəfə üstümə atanda qoluma dəydi. 67 yaşım var, boksla məşğul olmuşam. Vurduğum adam ayağa dura bilməz. Xanım olduğuna görə itələdim, heç nə etmədim" , - deyə zərərçəkən Valeh Məmmədov deyib.

Həmçinin birlikdə yaşayan zərərçəkənlər də məhkumluq həyatı yaşayıblar.

2010-cu ildə Lalə Vəliyeva Valeh Məmmədovla birgə öz rəfiqəsini öldürüb, cəsədi gizlicə basdırsalar da, əməllərindən peşman olaraq təslim olublar.

Nəticədə onlara 12 il həbs qətimkan tədbiri seçilib.

Hazırda Lalə Vəliyeva Sabunçu Tibb Məntəqəsinə yerləşdirilib. Vəziyyəti orta-ağır, stabildir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, Mərdəkan qəsəbəsində bıçaqlanma hadisəsini törətməkdə şübhəli bilinən, əvvəllər qəsdən adam öldürmə cinayətinə görə məhkum olunmuş 1973-cü il təvəllüdlü Zəminə Babayeva polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər zamanı saxlanılıb.

Araşdırmalar davam etdirilir.

***

Mərdəkan qəsəbəsində baş verən bıçaqlanma hadisəsini törətməkdə şübhəli bilinən, əvvəllər qəsdən adamöldürmə cinayətinə görə məhkum olunmuş, 1973-cü il təvəllüdlü Zəminə Babayeva polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər zamanı saxlanılıb.

Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Araşdırmalar davam etdirilir.

***

Bakının Xəzər rayonunda iki nəfər bıçaqlanıb.

APA xəbər verir ki, hadisə Mərdəkan qəsəbəsində qeydə alınıb.

Belə ki, 1971-ci il təvəllüdlü Lalə Qiyas qızı Vəliyeva rəfiqəsi ilə mübahisə edib. Mübahisə zamanı o bıçaqlanıb.

Həmin vaxt L.Vəliyevanın qohumu Valeh Məmməd oğlu Məmmədov da bıçaq xəsarəti alıb.

Hər iki yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Faktı Xəzər Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.скачать dle 11.3
Mojo.az Banner