Mojo.az Banner
23:02 Avtobuslarda məhz buna görə əks istiqamətli oturacaqlar var imiş  |     22:57 Motosikletlə “Mercedes” toqquşdu - Kuryer xəsarət aldı  |     22:50 Azərbaycanda yetişir, amma ən çox fransızlar yeyir  |     22:45 418 taksi sürücüsü imtahandan kəsildi  |     22:37 İmişlidə FACİƏ: Velosiped sürən beş yaşlı uşaq traktorun altında qalaraq öldü  |     22:32 Pirşağıda 16 yaşlı yeniyetmə dənizdə itkin düşüb  |     22:25 Bakı-Tbilisi-Bakı üzrə əlavə qatarlar niyə artırılmır?  |     22:19 Paytaxtın bu ərazilərində qaz olmayacaq  |     22:13 Matviyenko: "Ermənistana səfərlər rusiyalılar üçün təhlükəli ola bilər"  |     22:05 Saxta spirtli içkilər niyə korluğa səbəb olur?  |     21:57 Poverbankla bağlı xəbərdarlıq: Hansı hallarda təhlükəlidir? - Video  |     21:54 Rusiyaya pul göndərənlərin NƏZƏRİNƏ: AMB-dən mühüm açıqlama  |     21:43 6 milyon yükləmə: İstifadəçilər niyə "Google Xəritələr" əvəzinə bu naviqatora keçirlər?  |     21:36 Son 15 ildə AÇG yatağından nə qədər neft hasil olunub? - İllər üzrə hasilat  |     21:30 Zelenski Ceyhun Bayramovu belə qəbul etdi - VİDEO  |     21:22 Erkən yaşda sosial mediadan istifadə uşaqların imtahan nəticələrinə necə təsir edir?  |     21:17 Beynəlxalq təcrübədə kartdan-karta limitləri - Praktika nə deyir?  |     21:09 COVID-19 orqanizmdəki gizli virusları aktivləşdirə bilər  |     21:04 Azərbaycanda əhalinin neçə faizi ali təhsillidir? - RƏQƏMLƏR  |     20:55 Azərbaycan və Ukrayna arasında dialoq müzakirə olundu  |    
Left Banner
Right Banner

Valideynləri olan uşağın övladlığa verilməsi necə tənzimlənir? - Hakimdən açıqlama

09.07.2024 20:11 1 083
Valideynləri olan uşağın övladlığa verilməsi necə tənzimlənir? - Hakimdən açıqlama
Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimi Vahid Sadıqov övladlığa götürmə mövzusu barədə danışıb.

Hakim qeyd edib ki, valideynləri olan uşaq Ailə Məcəlləsinin 123-cü maddəsində göstərilənlər istisna olmaqla, yalnız valideynlərinin razılığı ilə övladlığa götürülə bilər:

"Yetkinlik yaşına çatmayan valideynlərin uşaqlarının övladlığa götürülməsi zamanı həmin valideynlərin qəyyumlarının (himayəçilərinin) və valideynlərinin razılığı, valideynlər, qəyyumlar və himayəçilər olmadıqda isə müvafiq icra hakimiyyəti orqanının rəyi tələb olunur. Uşaqlarının övladlığa götürülməsinə valideynlərin yazılı razılığı notariat qaydasında təsdiq olunmalıdır. Razılıq, həmçinin məhkəmədə övladlığa götürmə zamanı şifahi olaraq verilə bilər. Valideynlər övladlığa götürmə barədə məhkəmə qətnaməsi qəbul edilənədək öz uşaqlarını övladlığa vermək barədə razılığı geri götürə bilərlər. Valideynlər öz uşaqlarını konkret şəxsə və ya konkret şəxsi göstərmədən övladlığa verməyə razılıq verə bilərlər. Valideynlər valideynlik hüquqlarından məhrum edilmişlərsə və bundan 1 il müddət keçmişsə və ya qanunla müəyyən olunmuş qaydada fəaliyyət qabiliyyəti olmayan, yaxud xəbərsiz itkin düşmüş hesab edilmişlərsə, övladlığa götürməyə onların razılığı tələb olunmur. Valideynlər 6 aydan artıq müddətdə uşaqla birlikdə yaşamırlarsa, qəyyumluq və himayə orqanlarının xəbərdarlığına baxmayaraq, onun tərbiyəsində və ya saxlanmasında iştirak etməkdən boyun qaçırırlarsa, uşağa valideynlik diqqəti və qayğısı göstərmirlərsə, övladlığa götürmə onların razılığı olmadan da icra edilə bilər.

Hakimin sözlərinə görə, qəyyumluqda (himayədə) olan uşaqların övladlığa götürülməsi üçün qəyyumlarının notariat qaydasında təsdiq olunmuş yazılı razılığı olmalıdır: "Himayədar ailənin öhdəsində olan uşaqların övladlığa götürülməsi üçün onların himayədar valideynlərinin həmin uşaqlarla bağlı fikri öyrənilir. Sosial xidmət müəssisələrində yerləşdirilmiş uşaqların övladlığa götürülməsi zamanı müəssisə rəhbərlərinin həmin uşaqlarla bağlı rəyi alınır. Məhkəmə uşağın mənafeyini nəzərə alaraq yuxarıda göstərilən şəxslərin razılığı olmadan və ya fikri nəzərə alınmadan da müvafiq icra hakimiyyəti orqanının rəyi əsasında uşağın övladlığa götürülməsi barədə qətnamə qəbul edə bilər. 10 yaşına çatmış uşaq övladlığa götürüldükdə, onun razılıq verməsi zəruridir. 7 yaşına çatmış uşaq övladlığa götürüldükdə, məhkəmələr tərəfindən onun fikri pedaqoji işçinin və ya psixoloqun iştirakı ilə öyrənilir və nəzərə alınır. Övladlığa götürmə haqqında ərizə verilənə qədər uşaq övladlığa götürmək istəyənin ailəsində yaşamışsa və onu öz valideyni hesab edirsə, övladlığa götürmə övladlığa götürülən uşağın razılığı olmadan da aparıla bilər”.
скачать dle 11.3
Mojo.az Banner