Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
12:23 HPV peyvəndinin Azərbaycanda tətbiqi gözlənilir: Tanınmış həkim DANIŞDI | 12:21 Əsginasın həqiqi olub-olmadığını necə yoxlamaq olar? | 12:13 Minimum əməkhaqqı 700 manat ola bilər? – AÇIQLAMA | 12:08 İlham Əliyev Monteneqronun baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib | 12:04 Atasının qətlini sifariş verən şəxs və tanışları yenidən məhkəmə qarşısında | 12:02 Azərbaycan Prezidenti: "Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib" | 11:58 Prezident İlham Əliyev Beynəlxalq Qafqaz Konqresinin iştirakçılarına müraciət ünvanlayıb | 11:57 Leyla Əliyeva "Torpaq" adlı konseptual qrup sərgisindən paylaşım edib | 11:56 Bakıda quraşdırılacaq yeni işıqforların hərəkət qaydaları açıqlandı | 11:36 Azərbaycanda dini təhsil alan qızların sayı açıqlandı | 11:28 Bakıda "Prius" 27 yaşlı kişini vurub öldürdü | 11:18 DSX-nin hərbi qulluqçusu vəfat etdi - Səbəb | 22:59 Binəqədidə ikimərtəbəli ev yanıb | 22:50 Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət etdi - FOTO | 22:43 Şəmkirdə parçalanmış kişi meyiti tapıldı | 22:35 Bu ərazilərdə su olmayacaq | 22:27 Qışda D vitamini çatışmazlığının qarşısını alan 3 əsas qida | 22:20 “Barselona” Bakıya gəldi | 22:11 Sabah bəzi ərazilərdə qaz kəsiləcək | 22:05 Rusiyada qubernator saxlanıldı |
Mojo.az Avto
Mojo.az Avto

İlham Əliyev Aleksandr Lukaşenkonu təbrik edib

03.07.2024 13:06 2 031
İlham Əliyev Aleksandr Lukaşenkonu təbrik edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonu təbrik edib.

President.az xəbər verir ki, təbrik məktubunda deyilir:

"Hörmətli Aleksandr Qriqoryeviç.

Dövlət bayramı – Belarus Respublikasının Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin.

Möhkəm dostluq əlaqələrinə, etimada və qarşılıqlı dəstəyə əsaslanaraq son onilliklər ərzində qardaş ölkələrimiz strateji tərəfdaşlığın çoxtərəfli münasibətlərini qurublar. Sizin Azərbaycana bu yaxınlarda etdiyiniz dövlət səfəri, keçirilən görüşlər və imzalanan sənədlər bir daha sübut etdi ki, Azərbaycanla Belarus arasında mövcud olan yaxşı əməkdaşlıq ənənələri bu gün uğurla inkişaf edir və yeni məzmunla zənginləşir.

Əminəm ki, bizim birgə səylərimiz gələcəkdə də Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında dost xalqlarımızın və ölkələrimizin maraqları naminə qarşılıqlı faydalı əməkdaşlığın inkişafına və möhkəmlənməsinə kömək edəcək perspektivli təşəbbüslərin və layihələrin həyata keçirilməsinə yönəldiləcək.

Hörmətli Aleksandr Qriqoryeviç, bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə uğurlar, Belarus Respublikasına isə əmin-amanlıq və tərəqqi arzulayıram".

Son xəbərlər