Mojo.az Banner
22:55 Bu müəlimlərin əməkhaqqı artırılacaq - MÜTDA  |     22:32 78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu  |     22:20 Bu ölkədə yemək də, qalmaq da pulsuzdur  |     22:13 Bakıda kondisionerə görə artıq pul istəyən taksi sürücüsü HƏBS OLUNDU  |     22:06 Sumqayıtda sübh tezdən oteldə insident törədən qız HƏBS OLUNDU  |     22:01 Heç vaxt müflis olmayacaq BÜRCLƏR  |     21:54 Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı  |     21:48 Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi  |     21:40 Yarasalar ilk dəfə harada peyda olub? - TƏDQİQAT  |     21:33 Bakıda aliment borclarını ödəməyən ata həbs olundu  |     21:27 Rusiyaya gedən şaftalı yükündən görün nələr çıxdı? - VİDEO  |     21:13 Uranın peykinin altında 160 kilometr dərinliyində okean olmuş ola bilər  |     21:08 Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi  |     21:03 Taylandda güclü yağışlar daşqınlara səbəb oldu  |     20:56 Mənzil almazdan əvvəl bunu bilməlisiniz – Hansı evlər dəyər itirə BİLƏR?  |     20:51 Emin Ağalarov: “Sea Breeze" beynəlxalq investisiya xəritəsinə daxil olub”  |     20:43 Miri Yusif “Tanrı”nı təqdim etdi - VİDEO  |     20:38 İranda avtobus qəzası: 11 ölü, 17 yaralı var  |     20:29 Azərbaycanda bu məktəblər birləşdirilə bilər - Yeni qərarın detalları  |     20:24 Samir Bağırov səhnəyə qayıtdı - YENİ KLİPİ (VİDEO)  |    
Mojo.az Avto
Mojo.az Avto

Özəl bağçalarda dövlət hesabına təhsil almaq mümkün olacaq

01.07.2024 13:05 1 329
Özəl bağçalarda dövlət hesabına təhsil almaq mümkün olacaq
"Əsas vacib olan məqamlardan biri işğaldan azad olunan ərazilərdə məktəbəqədər təhsilin əlçatanlığını təmin etməkdir. Təhsil siyasətinin digər hədəfi isə icma əsaslı təhsilin miqyasının genişləndirilməsidir".

Lent.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Tədqiqat, təcrübə və siyasət vasitəsilə təhsildə ayrı-seçkiliyin aradan qaldırılması" şüarı altında keçirilən VII ADA 2024 Beynəlxalq Təhsil Konfransı zamanı deyib.

Nazir deyib ki, dövlət-özəl əməkdaşlığına əsaslanan model məktəbəqədər təhsil sahəsində artıq sentyabrdan pilot layihə olaraq başlayacaq:

"Bu modeldə stimullaşdırıcı mexanizmləri istifadə etməyi planlaşdırırıq. Dövlət valideynə vauçer təqdim edəcək ki, o övladını özəl bağçaya göndərsin. Bu zaman dövlət infrastruktur baxımından qənaət edəcək, çünki bunu özəl sektor edəcək. Məktəbəqədər təhsilin hər bir uşaq üçün əlçatan olmasını təmin etmək olduqca mürəkkəb prosesdir".

Nazir deyib ki, inklüziv təhsil modelinin dəyişməsi üçün müəyyən zaman lazımdır:

"Çünki sovet dövründən bizə miras qalan inklüziv təhsil modeli deyil. Növbəti mərhələdə nazirlik olaraq bu sahədə yeni təkliflər hazırlamışıq".

Nazir, həmçinin əlavə edib ki, əsaslı təmirə ehtiyacı olan məktəblərin sayı 33 faiz azalaraq 900-dən 600-ə düşüb:

"Əlçatanlıq baxımından bizim ciddi problemimiz yoxdur. Tədrisin keyfiyyəti ilə bağlı müəyyən ciddi çağırışlar etmişik".скачать dle 11.3
Mojo.az Banner