Mojo.az Banner
17:39 Mbappenin son vəziyyəti açıqlandı  |     17:23 Xaricdə iş vədi ilə 20 min manatlıq dələduzluq edən saxlanıldı  |     17:15 Formula 1 üzrə Azərbaycan Qran-prisi: Rassel çempion oldu  |     17:02 “Qarayaxma aparanların ölkəyə girişi qadağan edilə bilər”  |     16:39 Bakıda qətlə yetirilən Masallı sakini qarət məqsədilə öldürülüb  |     16:38 Bakıda qətlə yetirilən Masallı sakini qarət məqsədilə öldürülüb  |     16:29 Formula 1 Azərbaycan Qran-Prisində ilk qəza  |     16:08 İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxırlar  |     15:55 Bakıda valideynləri dalaşan qız ölümdən döndü  |     15:47 Stroll üçün Bakı yarışı başa çatdı  |     14:36 Polis ötən gün 57 nəfəri saxlayıb  |     14:30 Bu gün İngiltərə və İspaniyanın oyunu var  |     14:23 Qaradağda vulkan püskürməsi ilə bağlı rəsmi açıqlama - YENİLƏNİB  |     14:11 Təqaüdçülərin pullarını oğurlayan şəxs ƏLƏ KEÇDİ - VİDEO  |     14:05 Yardımlı polisindən ƏMƏLİYYAT: Keçmiş məhkumlar tutuldular  |     13:57 Laçında traktor MİNAYA DÜŞDÜ  |     13:56 NATO təlimində şok insident: Hərbçilərə atəş açıldı  |     13:55 Azərbaycan neftinin SON QİYMƏTİ  |     13:54 Rusiyada dron hücumunda ölən azərbaycanlının cənazəsi ölkəyə gətirilib  |     13:52 Narkotiki şaftalı adı ilə gömrükdən keçirmək istəyənlər İFŞA OLUNDULAR - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

9 min manata satılan ən bahalı hamburger

29.06.2024 21:20 1 176
9 min manata satılan ən bahalı hamburger
Ən bahalı hamburger (bir porsiya) rekordunu 2021-ci ilin iyununda Robbert Jan de Veen müəyyən edib. Həmin gün Hollandiya sakini kulinariya məhsulunu 5 min avroya satıb və bununla da adını "Ginnesin Rekordlar Kitabı"nın səhifələrində əbədiləşdirib.

Bu fikir, restoran sahibi Robbertə pandemiya zamanı, müəssisəsi yemək aparmağa məcbur olanda gəlib.

Məhz o zaman "Qızıl Oğlan" adlı bir hamburger resepti hazırlayıb. "The Golden Boy" ("Qızıl Oğlan") adlı hamburger 28 iyunda "Remia International" şirkətinə 5 min avroya satılıb və Hollandiya Kral ailəsinə məxsus Qida və İçki Cəmiyyətinin sədri Rober Willemse tərəfindən yeyilib.

Sözügedən hamburger yapon vaqyu əti, beluga kürüsü, Alyaska kral xərçəngi və ağ dombalan göbələyi kimi bir çox bahalı ingredientdən hazırlanıb. Bununla yanaşı, burger çörəyi də yeyilən qızıl tozu ilə örtülüb.

Xatırladaq ki, De Veen satışdan əldə edilən gəliri Hollandiyadakı qida banklarına köməklik göstərən bir QHT-yə bağışlayıb. O, bildirib ki, 5 min avroluq bu ianə ilə sözügedən QHT ehtiyacı olan insanlar üçün təqribən min ədəd ərzaq paketi hazırlaya bilər.

Onu da qeyd edək ki, De Veenin burgerin hazırlanması üçün tələb edilən ingredientləri tamamlaması və müxtəlif reseptləri sınaqdan keçirməsi beş aydan çox çəkib.
//lent.az
скачать dle 11.3
Mojo.az Banner