Mojo.az Banner
23:01 Daim üşüyürsünüz? - Endokrinoloq diqqətdən kənarda qoyulmamalı simptomları açıqladı  |     22:55 İcbari sığorta haqları artırılacaq?  |     22:46 Başqalarına kömək etmək bu xəstəliyin inkişafını ləngidə bilər  |     22:41 Qonşusunu bıçaqlayan 61 yaşlı şəxs məhkəmə zalında həbs edilib  |     22:34 İran Oman körfəzində tankeri vurdu  |     22:27 Ayselin aliment ödəməyən əri həbs olundu  |     22:22 Leyla Əliyeva Laçının vəhşi təbiətindən paylaşım etdi - VİDEO  |     22:15 Türkiyədə bələdiyyə sədrinin müavini qəzada öldü  |     22:09 "Rəqəmsal rabitə" informasiya sistemi nəyə xidmət edəcək?  |     22:02 Gənc əsgər vəfat etdi  |     21:57 Toyuq kəsimi sexində antisanitar vəziyyət - FOTOLAR  |     21:50 Minimum əməkhaqqı, pensiya və müavinətlər bu qədər arta bilər  |     21:45 Sabah yağış yağacaq  |     21:36 Bir gecədə Rusiyanın 6 SU-34 təyyarəsi məhv edildi  |     21:31 Yeni Böyük Çin Səddi tikilir  |     21:24 Nazirlər Kabineti "Azərişıq" və "Azərenerji" ilə bağlı qaydada dəyişiklik edib  |     21:08 Navai Qazaxıstanda işgəncələrlə tanınan təcridxanaya yerləşdirildi  |     20:55 Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb  |     20:48 Bakıda parkda Mərakeş vətəndaşını öldürməkdə təqsirləndirilən gənc: "Etmədiyim cinayəti öz üzərimə götürmüşəm"  |     20:06 Rusiya Navainin həbsi ilə bağlı Qazaxıstana nota göndərdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Sənədsiz evlərə "kupça" verilməsinə başlandı: Kimlərə şamil olunacaq?

25.06.2024 18:23 1 173
Sənədsiz evlərə
Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən çıxarışsız evlərlə bağlı hazırlanan portalın bu ilin sonuna qədər hazır olacağı bildirilir. İlkin mərhələdə bələdiyyə sənədi və digər sənədləri tam qaydasında olan evlərin çıxarışla təmin olunması gözlənilir.

Ekspertlərin fikrincə, hətta portal növbəti aydan etibarən fəaliyyətə başlaya bilər. Lakin vətəndaşların cavab tapmağa çalışdığı əsas suallardan biri də məhz bələdiyyə sənədinə malik olmayan evlərlə bağlıdır.

Mövzu ilə əlaqədar Yenisabah.az-a danışan əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə bildirib ki, bir sıra ərazilər var ki, həmin yerlərdə tikilən evlərə çıxarış verilməyəcək:

"Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu portalın ilin sonuna qədər fəaliyyətə başlayacağı ilə bağlı məlumat verilmişdi. Portalda sırf müəyyənedici sənədləri düzgün olan evlərin çıxarışla təmini istiqamətində işlər görüləcək. Yəni bu o demək deyil ki, portala müraciət edən istənilən sənədsiz ev bağlı qeydiyyat aparılacaq. Sadəcə, o evlər qeydiyyata alınacaq ki, onun müəyyənedici sənədləri tam qaydasında olsun. Daha dəqiq desək, kommunikasiya xətlərinin, neft müqaviləsinə aid olan torpaqların üzərində tikilən evlər çıxarışdan kənarda qalacaq. Kənd təsərrüfatı təyinatlı torpaq sahələrində olan evlər isə təyinatlarının dəyişdirilməsi barədə Nazirlər Kabinetinə müraciət etməlidir. Əgər bu istiqamətdə qərar verilərsə, o zaman həmin evlərə də çıxarış verilə bilər".

Ekspert bildirib ki, hazırda sənədsiz evlərin əksəriyyətində yalançı bələdiyyə sənədləri mövcuddur:

"Onsuz da, çıxarışı olmayan evlərin əksəriyyətində yalançı bələdiyyə sənədləri çoxdur. Bu bələdiyyələrin həmin evlərə qanunsuz şəkildə müvafiq arayış, sərəncam və texniki pasport verməsi ilə bağlıdır. Bunun əsasında həmin sənədsiz evlər tikilib. 2007-ci ilə qədər bələdiyyələr tərəfindən verilən sənədlər əgər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpağın ayrılmasına dair rəy də varsa, o zaman həmin torpaq sahələrinə çıxarışlar verilir. 2007-ci ildən sonra isə bələdiyyələr torpaq satışlarını yalnız hərrac vasitəsi ilə həyata keçirməli idilər. Müvafiq olaraq, vətəndaşlara çıxarışla torpaq sahələri satılmalıydı. Çox təəssüflər olsun ki, bələdiyyələrin bir çoxu bu şərtlərə əməl etmədi və onların mülkiyyətində olan torpaq sahələrinin vətəndaşlara qanunsuz yolla satılması həyata keçirildi. Bu məsələlər hamısı portala müraciət zamanı mütləq şəkildə nəzərə alacaq".скачать dle 11.3
Mojo.az Banner