Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:04 Bakıda bağban sərxoş vəziyyətdə sürücünü bıçaqlayıb | 18:01 Evə başqa qadını gətirən atasını döyərək qabırğalarını sındırdı | 18:00 "Nvidia" investorları aldatmaqda və Çinə çip ötürməkdə şübhəli bilinir | 17:57 Hərbi qulluqçulara cərimə tətbiqi absurddur – AÇIQLAMA | 17:54 Bakıda söküntülər başlayır: həyət evləri və torpaq bahalaşacaq | 17:49 Bakıda dövlət qurumlarının iş vaxtı dəyişdi: İkiaylıq sınaq tıxacı azaltdımı? | 17:47 Bu ermənilərin pasportlarında doğum yeri “Azərbaycan” yazılacaq | 17:43 Uşaqlar bağçalarda ən çox hansı xəstəliklərə yoluxublar? | 17:25 Bakıda yeni avtobus marşrutu yaradılır | 17:18 İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb | 17:04 Bakıda və rayonlarda yağış intensivləşəcək - Xəbərdarlıq | 16:55 Azərbaycanda qış istirahəti üçün ən maraqlı 7 məkan | 16:47 Saray körpüsündə zəncirvari qəza: Üç avtomobil toqquşdu | 16:40 Azərbaycan əhalisinin sayı açıqlandı | 16:31 Kolleclərlə bağlı vacib dəyişiklik gözlənilir | 16:25 Birinci vitse-prezident Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - Foto | 16:14 Evlənən və boşananların sayı açıqlandı | 16:07 Rusiya Polşanın hava məkanını pozdu: Hökumət xüsusi müşavirə çağırdı - Foto/Video | 15:57 Doğulanların sayı azaldı: Ölənlər artdı | 15:40 Zelenskidən ABŞ-yə çağırış: Ukraynada hərbi bazalar yerləşdirin |
Mojo.az Avto
Mojo.az Avto

Husilərin Qırmızı dənizdə vurduğu yük gəmisi batıb

19.06.2024 19:33 2 046
Husilərin Qırmızı dənizdə vurduğu yük gəmisi batıb
İyunun 12-də Yəmənin liman şəhəri Hudeyda sahillərində “Ansar Allah” hərəkatının husi qüvvələri tərəfindən hücuma məruz qalan gəmi Qırmızı dənizdə batıb.

Bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Nəqliyyatı Koordinasiya Mərkəzi məlumat yayıb.

Gəminin vurulduğu ərazidə onun qalıqları və neft tapılıb. “Ambrey” dəniz təhlükəsizliyi şirkətinin məlumatına görə, sözügedən yük gəmisi Liberiya bayrağı altında Qırmızı dəniz vasitəsilə Hindistana gedən Yunanıstana məxsus “Tutor” yük gəmisidir.

Xatırladaq ki, iyunun 12-də gəmiyə hücum barədə ABŞ Mərkəzi Komandanlığı məlumat yayıb. Nəticədə maşın otağı zədələnib və gəmidə böyük sızma yaranıb.

Bundan əvvəl Husi ordusunun sözçüsü Yəhya Saria, “Tutor” yük gəmisinin ciddi şəkildə zədələndiyini və batacağını söyləmişdi.

Son xəbərlər