Mojo.az Banner
20:10 Afra Saraçoğlu aeroportda saxlanıldı  |     20:05 İcra başçısı müavinini işdən çıxardı  |     19:58 Bakıda iki bağça fəaliyyətə başladı  |     19:53 Bakı-Ağstafa-Bakıya əlavə qatar reysləri təyin edildi  |     19:43 Dövlət xətti ilə verilən ipoteka kreditlərin sayı 60 mini ötüb  |     19:37 Sabah yağış yağacaq, duman olacaq  |     19:30 "Laven Kafe" 17 saat fasiləsiz işləmiş tələbənin maaşını vermir? - VİDEO  |     19:25 10 min manatlıq oğurluq edən şəxslər tutuldular  |     19:11 Cinayətdə şübhəli bilinən 82 nəfər saxlanıldı  |     19:04 Gömrükdə yeni qaydalar vətəndaşlar üçün nəyi dəyişir? - VİDEO  |     18:54 Xəzər dənizində zəlzələ oldu  |     18:27 “Şəki yaylası”nda faciəvi şəkildə ölən - Ucalın atasından təsirli sözlər  |     18:15 Kəlbəcərdə tuneldə qalan ayı yorğun halda kömək gözlədi (VİDEO)  |     18:12 Nazirlər Kabineti təhsilalanlar üçün yeni geyim standartını təsdiqlədi  |     17:53 Bakıda marketdə arvadını döyən şəxs həbs olundu - Video  |     17:49 Bakının bu rayonunda qaz kəsiləcək  |     17:03 3-cü kurs tələbəsi vəfat etdi  |     16:55 Ötən həftə 1840,3 ha ərazi minalardan təmizlənib  |     16:39 Bu şəxslər üçün viza proseduru sadələşdirildi  |     16:22 Lənkəranda 3 gün əvvəl döyülən oğlan xəstəxanada öldü  |    
Mojo.az Avto
Mojo.az Avto

Məktəb və bağçalarda kondisioner niyə yoxdur? - AÇIQLAMA

13.06.2024 12:54 1 872
Məktəb və bağçalarda kondisioner niyə yoxdur? - AÇIQLAMA
Qızmar havadan əziyyət çəkən təkcə böyüklər deyil, həm də dövlət bağçalarına gedən uşaqlardır. Bağçalarda soyutma sistemlərinin olmaması onlara çətinlik yaradır. Valideynlər bildirirlər ki, bağçalarda nəinki kondisioner, heç ventilyator da yoxdur. Bəzi bağçaların yay aylarında da fəaliyyət göstərəcəyini nəzərə alsaq, vəziyyəti göz önünə gətirmək elə də çətin deyil.

Təhsil eksperti Elşən Qafarov isə Pravda.az-a açıqlamasında deyib ki, nəinki məktəbəqədər təhsil müəssisələrində, heç ümumtəhsil müəssisələrində də yay dövrü üçün kondisioner və bu kimi sərinlədici vasitələr nəzərdə tutulmayıb.

"Halbuki, ümumtəhsil məktəblərində iyunun 14-də tədris bitsə də, məktəbəqədər təhsil müəssisələrində yay dövründə tədris davam edir. "Təhsil müəssisələrinin maddi-texniki bazası və infrastrukturu haqqında" Nazirlər Kabinetinin 23 aprel 2012-ci il tarixli, 287 nömrəli qərarına, o cümlədən 2012-ci il 3 avqust 171 saylı normativlərinə əlavə və dəyişikliklər etmək lazımdır", - ekspert bildirib.скачать dle 11.3
Mojo.az Banner