Mojo.az Banner
20:43 Rusiyanın vurduğu evdən uşaq cəsədi çıxarıldı  |     20:35 ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirdi  |     20:31 İran səfiri Gürcüstan XİN-ə çağırılıb  |     20:24 "Turan Tovuz" - "İmişli" oyununun yeri dəyişdirildi - Səbəb  |     20:13 Erkən evliliklə bağlı yeni qərar  |     20:04 Bakıda 20-dək bina söküləcək: Küçələrin adları və kompensasiya məbləğləri açıqlandı  |     19:58 Azərbaycanda qadın hərbçilərlə bağlı YENİ QƏRAR: Müddət kəskin azaldıldı  |     19:50 Toyuq filesi marketlərdə niyə YOXA ÇIXIB?  |     19:29 Kamran Əliyev Rusiyada bir sıra görüşlər keçirdi - MÜHÜM RAZILAŞMA  |     19:12 Sabah bir sıra rayonlarda QAZ OLMAYACAQ  |     19:11 Zal Yusifovun oğlu yenidən MƏHKƏMƏ QARŞISINDA: Kimin ifadələri dinlənildi?  |     18:51 Azərbaycanın yeni hərbi robotları nümayiş etdirildi  |     18:38 Azərbaycanda hava KƏSKİN DƏYİŞƏCƏK: Yağış, dolu, qar və sel gözlənilir - XƏBƏRDARLIQ  |     18:05 Həkimi döydü, xadimənin sümüyünü sındırdı  |     17:50 Deputatların pensiyaları ilə bağlı YENİ QAYDA  |     17:29 Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO  |     17:24 İldə 20 min manatdan çox pul köçürə bilməyəcəksiniz - YENİ QƏRAR (Yenilənib)  |     17:20 Bakıda elektron qəlyana görə adam öldürməyə cəhd edən yeniyetməyə HÖKM OXUNDU  |     17:18 Qonşular dörd uşaq anasının qətlindən danışdılar: "Xoşbəxt görünürdülər, daxildə nə olub, bilmirik" - VİDEO  |     17:13 Azərbaycanda terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə ilə bağlı YENİ LAYİHƏ  |    
Mojo.az Avto
Mojo.az Avto

Von der Leyenin partiyası Avropa Parlamentində yer itirib

10.06.2024 19:41 813
Von der Leyenin partiyası Avropa Parlamentində yer itirib
Avropa Parlamentinə 6-9 iyun tarixlərində keçirilən seçkinin nəticəsi məlum olub.

Avropa Komissiyasının hazırki rəhbəri Ursula von der Leyeni dəstəkləyən Avropa Xalq Partiyası 7 yer itirərək yeni parlamentdə 184 kürsüyə sahib olub.

Buna baxmayaraq, partiya bu dəfə də liderliyini qoruyub. İkinci yerdə isə "Sosialist və Demokratların Proqressiv Alyansı” qərarlaşıb. Onların təmsilçiləri 139 kürsüdə əyləşəcək.

"Avropanın Yenilənməsi”, eləcə də sağçı "Avropa Mühafizəkarları və İslahatçıları” Partiyası isə qanunverici orqanda müvafiq olaraq 80 və 73 deputatla təmsil olunacaq. "İrs və Demokratiya” partiyası 58, "Yaşıllar” isə 52 yerlə yeni parlamentin tərkibində yer alacaq.

Qeyd edək ki, Avropa Parlamentində mandatın sayı ümumilikdə 720-dir.
 
///APAскачать dle 11.3
Mojo.az Banner