Azərbaycanda polkovnik qəfil vəfat etdi - FOTO
"Unikal"ın əldə etdiyi məlumata görə, o, ürək çatışmazlığından vəfat edib.
1977-ci il təvəllüdlü Ş.Bəylərov Vətən müharibəsi iştirakçısıdır. Prezident İlham Əliyevin sərəncamı ilə "Vətən müharibəsi iştirakçısı" medalı ilə təltif olunub.
Qeyd edək ki, mərhum polkovnikin iyunun 24-də 47 yaşı olacaqdı.