Mojo.az Banner
22:48 Putini qoruyan 4 nəfər kimdir?  |     22:42 Lənkəranda kişi atasını qaynar su ilə yandırdı  |     22:37 Son 48 ilin rekordu: Xəzərin aqibəti necə olacaq? - Ekoloq  |     22:30 Bakıda mühasib sahibkarı aldatdı, "vergi pulu"nu mənimsədi  |     22:25 Gəncədə işə düzəltmək adı ilə 33 min manatlıq dələduzluq  |     22:19 Bakıda 9 mərtəbəli binalardakı mənzillər 5 mərtəbələrdəkindən niyə bahadır? (VİDEO)  |     22:11 Hər geyimlə uyğunlaşan 3 qiymətli daş - Stilistdən tövsiyələr  |     22:06 Naxçıvanda ağır qəza olub, xəsarət alanlar var  |     21:59 Maştağada saxta alkoqollu içkilərin istehlaka təqdim edilməsinin qarşısı alınıb  |     21:53 Azərbaycanda pensiyalar belə artırılacaq - Komitə sədri açıqladı  |     21:38 Futbol klubunun prezidenti başından güllələndi  |     21:30 Həbsdə olan 2 vəkil azadlığa buraxıldı  |     21:24 192 pivə çəlləyində aksiz pozuntusu aşkarlandı  |     21:15 Sökülüb yerində bina tikiləcəyi iddia edilən peşə məktəbi ilə bağlı AÇIQLAMA  |     21:10 Onlayn kreditlərə dair yeni qaydalar qüvvəyə minəcək - Sabahdan  |     21:02 Oktyabrın ilk günü hava necə olacaq?  |     20:57 Oğuzda əməliyyat - Həbs edilənlər var  |     20:49 Deputat sənədsiz evlərdən danışdı  |     20:43 Rusiyanın vurduğu evdən uşaq cəsədi çıxarıldı  |     20:35 ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan-Fransız Universitetinə tələbə qəbulu aparılmayacaq?

08.06.2024 13:24 1 545
Azərbaycan-Fransız Universitetinə tələbə qəbulu aparılmayacaq?
Sosial mediada Azərbaycan-Fransız Universitetinin (UFAZ) yeni tədris ilindən etibarən tələbə qəbul etməyəcəyi barədə xəbərlər yayılıb. Bakı Fransız Liseyinin fəaliyyətini dayandırmasından sonra UFAZ üçün plan yerləri ayrılmayacağı iddia edilir.

Modern.az məsələni dəqiqləşdirmək üçün universitetlə əlaqə saxlayıb.

UFAZ-dan verilən açıqlamada bildirilir ki, UFAZ Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərir və hazırda öz işini davam etdirir.

"Növbəti tədris ili üçün həmişəki qaydada yeni tələbələrin qəbulu həyata keçiriləcək. Qeyd edək ki, bu il bakalavr səviyyəsi üzrə "Kimya" proqramı, magistratura səviyyəsi üzrə isə "Su ehtiyatlarının idarəedilməsi" proqramı yeni açılıb və həmin proqramlara da tələbələrin qəbulu nəzərdə tutulur", - açıqlamada deyilir.

Məlumata görə, universitet üçün aşağıdakı ixtisaslara tələbə qəbulu elan ediləcək:

Bakalavr pilləsində:

Kompüter elmləri – 60 yer

Kimya – 40

Kimya mühəndisliyi – 30

Geologiya və Geofizika mühəndisliyi – 30

Neft-Qaz mühəndisliyi – 30

Magistratura pilləsində:

Fiziki Kimya/Kimya Mühəndisliyi - 25

Data Elmi və Süni İntellekt - 40

Yer Elmləri - 30

Su Ehtiyatlarının İdarəedilməsi - 15

Qeyd edək ki, aprel ayında Bakı Fransız Liseyi yeni tədris ilindən fəaliyyətini dayandıracağını elan edib. Kommersiya problemləri səbəblərindən liseyin yeni tədris ilindən etibarən fəaliyyətini dayandırması barədə qərar qəbul edilib.

UFAZ Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) və Strasburq Universitetinin (Unistra) rəhbərliyi altında həyata keçirilən birgə layihədir. Universitetin əsası 2016-cı ildə qoyulub.скачать dle 11.3
Mojo.az Banner