Mojo.az Banner
15:02 Ali Məhkəmədən Ramiz Mehdiyevin kürəkəni haqda QƏRAR  |     14:52 Cəlilabadın 35 kəndində işıqlar kəsilib  |     14:50 Sakinlər aidiyyəti qurumlardan kömək istəyir: "Yolumuzu bərpa etsinlər" – FOTOLAR  |     14:47 Sabah çimərliklərdə hava şəraiti necə olacaq?  |     14:35 Paşinyan: "Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər"  |     14:30 Sabah 36 dərəcə isti olacaq  |     14:23 Ermənistanda hərbçi öldü  |     14:17 Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olundu  |     14:12 "Elə şəxslər tanıyıram ki, 7 il imtahan verib qəbul olublar" - Məleykə Abbaszadə  |     14:04 Sumqayıtda restorandan oğurluq etdilər, motosikleti qaçırdılar  |     13:59 Bakı Metropoliteni 200-ə qədər vaqon alacaq  |     13:53 Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar sabah ödəniləcək  |     13:45 Cinayətdə şübhəli bilinən 92 nəfər saxlanıldı  |     13:40 Azərbaycan bu ölkələrlə yeni elektrik layihəsi üzrə danışıqlar aparır  |     13:33 Həbsdə olan Elman Paşayevin 36 milyonluq maşını hərraca çıxarıldı - FOTO  |     13:28 DYP piyadalara müraciət etdi  |     13:20 Kolumbiyada zəlzələ nəticəsində ölənlərin sayı 265-ə çatıb  |     13:15 "Qarabağ" bu gün "Dinamo" ilə cavab matçına çıxır  |     13:09 Serbiyalı futbolçu "Beşiktaş"a keçdi  |     12:53 Bu abituriyentlər 150 balla universitetə qəbul ola bilərlər  |    
Left Banner
Right Banner

Birinci Qarabağ Müharibəsi şəhidləri Nazim Şirinov və İsmayıl Xəlilov dəfn ediliblər

07.06.2024 17:53 915
Birinci Qarabağ Müharibəsi şəhidləri Nazim Şirinov və İsmayıl Xəlilov dəfn ediliblər
Bu gün Abşeron rayonunun Mehdiabad qəsəbə Qəbiristanlığında Birinci Qarabağ Müharibəsi zamanı şəhid olmuş 2 hərbçimizin nəşi dəfn olunub.
 
Qeyd edək ki, bu il aparılan araşdırmalar nəticəsində kimliyi məlum olan 73 nəfərdən birinin 1962-ci il yanvarın 1-də Cəbrayıl rayonunun Doşulu kəndində dünyaya göz açan Şirinov Nazim Şirin oğlu, digərinin isə 19 fevral 1973-cü ildə Siyəzən rayonunda anadan olan Xəlilov İsmayıl Tofiq oğlu olduğu müəyyənləşib.

Polis sıralarında baş çavuş rütbəsində xidmət edən Nazim Şirinov 23 oktyabr 1993-cü il tarixində Füzuli şəhərində şəhid olub və Füzuli rayonunun adsızlar qəbiristanlığında naməlum şəhid kimi dəfn olunub.

Birinci Qarabağ müharibəsi başlayan zaman könüllü şəkildə ordu sıralarına qoşularaq cəbhəyə yollanan İsmayıl Xəlilov isə ağır döyüşlər zamanı şəhid olub və Tərtər Şəhidlər Xiyabanında naməlum əsgər kimi dəfn olunmuşdu.

Araşdırmalar zamanı kimlikləri müəyənləşdirilən şəhidlərimizin dəfn mərasimində Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, Millət vəkili Ceyhun Məmmədov, Səbail RİH-nin əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının və idarə-təşkilat rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları və rayon ictimaiyyəti iştirtak edib. Mərasimdə hərbi orkestrın müşayəti ilə Dövlət Himni səslənib, yaylım atəşi açılıb, dular oxunub. Sonra şəhidlərin ruhuna ehsan süfrəsi açılıb.   

Dəfn mərasimində şəhid ailələri də öz növbələrində dövlət tərəfindən onlara daima diqqət və qayğının göstərildiyini və buna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.скачать dle 11.3
Mojo.az Banner