Peskov Putinin Türkiyəyə səfərinin niyə hələ də baş tutmadığını açıqladı
Onun sözlərinə görə, Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qrafiki düz gəlmir.
Peskov səfərin ölkələr arasında münasibətlərin pisləşməsi səbəbindən təxirə salınması ilə bağlı fikirləri yanlış adlandırıb.
"Prezidentlərin cədvəllərini uyğunlaşdırmaq mümkün olmadı, lakin yüksək səviyyəli təmaslar yaxın gələcəkdə davam edəcək", - deyə Peskov jurnalistlərə bildirib.
O bu cür təmaslara hazırlığın daim aparıldığını qeyd edib.
Mənbə: Mk.ru