Türkiyədə hərbi təyyarə qəzaya uğradı: İki pilot şəhid oldu
Nəticədə iki pilotun şəhid olduğu bildirilir.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi sosial media hesabında məlumat verib.
Məlumata görə, hadisə yerinə axtarış-xilasetmə və yanğınsöndürmə briqadaları göndərilib, axtarış-xilasetmə işlərinə başlanılıb.
"Kayseridəki 12-ci Hava Nəqliyyatı Baş Baza Komandanlığından təlim üçün havaya qalxan Hərbi Hava Qüvvələri Komandanlığımıza məxsus "SF-260D" tipli təlim təyyarəsi naməlum səbəbdən qəzaya uğrayıb. Axtarış-xilasetmə işlərinə başlanılıb", - deyə məlumatda bildirilib.