Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda 44 yaşlı qadının güllələnmiş meyiti tapıldı - Saxlanılan var

28.05.2024 11:43 1 224
Azərbaycanda 44 yaşlı qadının güllələnmiş meyiti tapıldı - Saxlanılan var
Zaqatalada qardaş 44 yaşlı bacısını odlu silahla qətlə yetirib.

Median.Az 
APA-ya istinadən bildirir ki, hadisə rayonun Yuxarı Tala kəndində baş verib. İlkin məlumata görə, kənd sakini 1980-cı il təvəllüdlü N.Əhmədova odlu silahdan açılan atəş nəticəsində qətlə yetirilib.

Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Zaqatala Rayon Şöbəsinə təhvil verilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən N.Əhmədovanın qardaşı, 1989-cu il təvəllüdlü N.Əsgərov saxlanılıb.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.

Son xəbərlər