Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlir Ukraynaya veriləcək

21.05.2024 19:58 1 527
Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlir Ukraynaya veriləcək
Avropa İttifaqı (Aİ) ölkələri Rusiyanın aktivlərindən əldə edilən gəlirin 90 faizinin Ukraynanın silahla təmin edilməsinə xərclənməsinə dair planı təsdiqləyib.

Bu barədə Çexiyanın xarici işlər naziri Yan Lipavski bildirib.

“Aİ Rusiya Mərkəzi Bankının dondurulmuş aktivlərindən əldə olunan gəlirin Ukraynaya yardım göstərmək üçün istifadə edilməsini təsdiq edib. 2024-cü ildə 3 milyard avroya qədər olan məbləğin 90 faizi Ukrayna Silahlı Qüvvələrinin ehtiyaclarına yönəldiləcək”, - o, “X” sosial şəbəkəsindəki hesabında qeyd edib.

Son xəbərlər