Mojo.az Banner
22:57 Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet alışında yeni qaydalar  |     22:50 Ermənistan ordusunun əsgəri öldü  |     22:38 Gəncədə məktəb bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb  |     22:33 6 min hektardan çox ərazi minalardan təmizlənib  |     22:27 Sentyabrda havanın temperaturu 24 gün yuxarı olub  |     22:19 Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi  |     22:14 13 tibb işçisi eyni gündə işdən çıxarıldı - 20 dəqiqəyə arayış veribmişlər  |     22:05 Gömrükçülər 5 minə yaxın kosmetik vasitə müsadirə etdi  |     22:00 Azərbaycanda iki BOKT-un lisenziyası ləğv edildi  |     21:52 "Alternativ yollar yaradılmalıdır" - Paşinyan  |     21:52 Rusiyada general həbs olundu  |     21:45 Gələn həftə Drakonid meteor yağışı olacaq  |     21:32 Bakının ən bahalı ünvanları: Şok qiymətlər - FOTO  |     21:15 Azərbaycanda dərs zamanı təhlükəli hadisə: Araşdırma başladı  |     21:04 Rusiya Ukraynanın MiQ-29 qırıcısını vurub, pilot həlak olub  |     20:51 Ronaldu millidən ayrıldı, azarkeşlər etirazlarını qeyri-adi formada bildirdilər  |     20:42 Sürücülərin nəzərinə: Bu yol bağlanır  |     20:13 Azərbaycan millisi Lixtenşteynlə qarşılaşır - Canlı  |     19:53 Azərbaycanda deputatın mandatı ləğv edildi  |     19:48 AZAL bu il donanmasına 5-ci təyyarəni əlavə edib  |    
Mojo.az Avto
Mojo.az Avto

“Microsoft”dan köhnə kompüterlər barədə qadağa

17.05.2024 11:30 768
“Microsoft”dan köhnə kompüterlər barədə qadağa
“Microsoft” şirkəti özünün “Edge” brauzeri üçün sistem tələblərinin yenilənməsini elan edib.

Məlumata görə, 126-cı versiyadan başlayaraq “SSE3” təlimat dəstini və ya daha sonrakı versiyaları dəstəkləyən prosessor tələb edəcək.

Dəyişiklik yalnız köhnə avadanlıqdan istifadə edən məhdud sayda istifadəçiyə təsir edəcək. “SSE3” dəstəyi ilə prosessorlar ilk dəfə 2004-cü ildə “Prescott” xəttinin bir hissəsi kimi “Intel” tərəfindən təqdim edilib. Bunlar “Pentium 4”, “Pentium D” və “Celeron D” prosessorlarıdır. AMD-yə gəlincə, “SSE3” üçün dəstək “Opteron”, “Sempron”, “Athlon 64” və “K8” arxitekturasına əsaslanan digər prosessorlarla başlayıb.

“Microsoft” brauzerin “SSE3” təlimatlarına dəstək olmadan niyə işləyə bilməyəcəyini izah etmir. Üstəlik, digər brauzerlərdə belə bir tələb yoxdur.

Qeyd edək ki, köhnə kompüterlərin istifadəçiləri hələ də “Microsoft Edge”dən istifadə edə biləcəklər. Lakin bu, təhlükəsiz olmaya bilər.

Mənbə: Gazeta.ruскачать dle 11.3
Mojo.az Banner