Mojo.az Banner
13:31 Məşhur britaniyalı rejissor Con İrvin vəfat etdi  |     13:29 Sabah bəzi rayonlarda leysan olacaq  |     13:14 Cəlilabadda sürücü sükan arxasında öldü  |     12:45 Mazasırda DƏHŞƏTLİ HADİSƏ: Kişi öldürüldü, arvadı tutuldu  |     11:47 Biləsuvarda DƏHŞƏT: Kişi arvadının bədənində siqaret söndürdü  |     11:40 Abituriyentlərin DİQQƏTİNƏ - Son gündür  |     11:34 Qapalı məkanlarda siqaret çəkənlər cərimələnə bilər – Hüquqşünas  |     11:31 Təmirə verdiyiniz əşya itərsə, nə etməlisiniz? – Hüquqşünas açıqladı  |     11:24 Paytaxtda investisiya üçün ən yaxşı ərazilər AÇIQLANDI  |     11:21 “By Ella” ləqəbli bloqer həbs edildi  |     11:16 Mirrəhim Nəbiyev vəzifəsindən azad edildi  |     22:01 "Barni Kids" və rəhbəri cərimələndi: Səbəb nədir?  |     21:55 Xankəndidə restoranın qarşısında dava-dalaş - 2 gənc həbs edildi  |     21:50 Azərbaycanda bəzi təşkilatların hesablarına kiberhücum olub  |     21:42 Prezident təqaüdçüləri ailə qurur  |     21:36 Universitetdə təmir işləri görərkən qəfil öldü  |     21:31 Heyvan kəsimində baytarlıq nəzarəti niyə vacibdir? - VİDEO  |     21:24 Qaradağda oğurluq edən şəxs saxlanıldı  |     21:19 İrəvana uçmalı olan təyyarə yararsız imiş  |     21:11 Avtobus və taksi ilə daşınan sərnişinlərin sayı artıb  |    
Left Banner
Right Banner

Sabah güclü yağış gözlənilir - PROQNOZ

15.05.2024 13:44 966
Sabah güclü yağış gözlənilir - PROQNOZ
Azərbaycan ərazisində mayın 16-da gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, günün birinci yarısında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Səhər yarımadanın bəzi yerlərində qısa müddətə intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 10-13, gündüz 15-20 dərəcə isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-65%, gündüz 70-75% olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 10-14, gündüz 15-20, dağlarda gecə 3-8, gündüz 8-13 dərəcə isti olacaq.скачать dle 11.3
Mojo.az Banner