Mojo.az Banner
Son Xəbərlər
23:50 Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq  |     23:01 Parisdə komendant saatı elan edildi  |     22:50 "Barbarların səviyyəsinə enmədik" - Prezident (VİDEO)  |     22:47 Vəkili Nəvainin həbsdəki həyatından danışdı  |     22:40 Sankt-Peterburqda 5 nəfərdə meymunçiçəyi təsdiqləndi  |     22:35 Sərnişin qatarlarına 26 dəfə daş atılıb  |     22:28 4 mindən çox insan Eboladan öldü  |     22:23 Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı - Yeni qərar  |     22:14 Xəzər dənizinin Azərbaycana aid hissəsində qaçaqmal aşkarlandı  |     22:09 Azad edilmiş ərazilərdə daha 256 mina aşkarlandı  |     22:01 Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu  |     21:34 Moskvada "Qeyri-leqal-2026" əməliyyatı: 6000-dən çox miqrant Rusiyadan çıxarılacaq  |     21:18 Bakı Təşəbbüs Qrupu: "Parisdə polis kaledoniyamənşəli gənci amansızcasına döyüb"  |     21:00 İsveçrədən Çinə uçan təyyarə Bakıda məcburi eniş etdi  |     20:25 Epilepsiyalı övladını əməliyyat etdimək istədi, 22 min manatlıq dələduzluğun qurbanı oldu - Video  |     19:54 Qazaxda mal-qara otlağına ildırım düşdü, xəsarət alan var  |     19:39 Evlərə girib oğurluq edən qaraçılara hökm oxundu  |     19:26 "Falçılıq" adı altında dələduzluq edən şəxs saxlanılıb  |     19:14 Dövlət əleyhinə açıq çağırışlar yayan yeddi nəfər beynəlxalq axtarışa verildi  |     18:14 "Sabah"ın oyunu ilə əlaqədar bəzi marşrutların hərəkət sxemi dəyişdirilir  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda elektromobillik texnologiyasının genişləndirilməsi üzrə inkişaf strategiyası hazırlanacaq

13.05.2024 20:59 2 625
Azərbaycanda elektromobillik texnologiyasının genişləndirilməsi üzrə inkişaf strategiyası hazırlanacaq
Azərbaycanda elektromobillik texnologiyasının ölkə üzrə genişləndirilməsi ilə əlaqədar ən azı 3 ssenari (dövlət tərəfindən subsidiya hesabına, dövlət-özəl tərəfdaşlığı və özəl investisiya ilə idarə olunan əməliyyatlar) təhlili əsasında inkişaf strategiyasının seçilməsinə dair təkliflər hazırlanacaq.

Bu, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyasının ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi üzrə 2024-cü il üçün Yol Xəritəsində əksini tapıb.

Qeyd edilib ki, təkliflərin bu ilin avqust ayınadək hazırlanması nəzərdə tutulub.

Həmçinin sentyabrın 1-dək seçilmiş strategiyaya uyğun texniki, bazar və tənzimləyici risklərin azaldılmasına dair təkliflər hazırlanmalıdır və aidiyyəti üzrə təqdim edilməlidir.

Oktyabrın 1-dək isə elektromobillik strategiyasının və onun tövsiyə olunan icra mexanizmlərinin iqtisadi faydaları (enerjidən istifadənin azaldılması və ətraf mühitə faydalar daxil olmaqla) qiymətləndirilməli və nəticələri Komissiyaya təqdim olunmalıdır.

Bildirilib ki, bütün bu işlər Energetika Nazirliyi (Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi və Enerji Məsələlərini Tənzimləmə Agentliyi), İqtisadiyyat Nazirliyi (Sahibkarlığın İnkişafı Fondu, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi), Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Daxili İşlər Nazirliyi, Elm və Təhsil Nazirliyi (Azərbaycan Texniki Universiteti), Dövlət Gömrük Komitəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti, Dövlət Neft Şirkəti, “Azərişıq” ASC, altqrupda təmsil olunan digər aidiyyəti qurumlar tərəfindən icra edilməlidir.скачать dle 11.3

Son xəbərlər