40 yaşlı kişi qətlə yetirildi - Saxlanılan var
Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən 1984-cü il təvəllüdlü Tural Əhmədov saxlanılıb.
İlkin məlumata görə hadisə şəxsi münasibətlər zəminində baş verib.
Faktla bağlı araşdırma aparılır.
