Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:33 Paşinyan öz missiyasını açıqladı: "Bu fürsətdən yararlanmamaq bağışlanmaz olardı" | 13:31 Dvalişvili Nurməhəmmədovla insidentdən sonra ilk açıqlamasını yaydı | 13:15 Bakıda 32 yaşlı kişi bıçaqlandı | 13:10 Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu | 13:05 Qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə müraciət: Sel və daşqın olacaq | 13:01 Ölkə ərazisində istilik mövsümü başlayır | 23:01 Həftəsonu bu bürclərə sevgi gətirəcək | 22:56 Yer kürəsinin yeni “mini peyki” kəşf edildi | 22:51 Qış mövsümünün ən dəbli şalvar modelləri açıqlandı - YENİ TREND | 22:43 İnfarktın çoxlarının bilmədiyi əlaməti açıqlandı | 22:35 Dekabrdan bu 4 BÜRCÜN HƏYATI DƏYİŞİR | 22:30 Qaxda 30 ağac kəsildi, təbiətə 10 min ziyan dəydi - İki nəfər məsuliyyətə cəlb olundu | 22:22 Leyla Əliyeva Antalyada biomüxtəlifliyinin qorunması və ekosistemlərin bərpasını müzakirə edib | 22:17 İpoteka üçün müraciət edənlərin sayı açıqlandı | 22:10 Yolu piyada keçidindən keçmədi, həyatından oldu - VİDEO | 22:03 Sumqayıtda yol çökdü - Foto | 21:55 Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və "Lvbel C5"ə 5 il həbs cəzası istənilir | 21:50 Kirayəçi evi boşaltmaqdan imtina edərsə, ev sahibi onu dərhal çıxara bilərmi? (ŞƏRH) | 21:44 84 təşkilatda yoxlama: Dövlət büdcəsinə 107 milyon manat qaytarıldı | 21:43 İşdə məhəbbət macərası: DOST Agentliyinin müdir müavini işdən çıxarıldı |
Mojo.az Avto
Mojo.az Avto

Qızıl Avropa Liqasında çıxış edəcək milli komandamızın yekun heyəti bəlli olub

09.05.2024 15:12 1 827
Qızıl Avropa Liqasında çıxış edəcək milli komandamızın yekun heyəti bəlli olub
Baş məşqçi Faiq Qarayevin rəhbərliyi ilə yarışda çıxış edəcək yığmamız əsasən gənclərdən təşkil olunub.

Median.Az
Azərbaycan Voleybol Federasiyasının Mətbuat Xidmətinə istinadla xəbər verir ki, 17-19 may tarixlərində Xorvatiyada keçiriləcək ilk turda millimizin rəqibləri meydan sahibləri və Slovakiya seçməsi olacaq. Mayın 24-dən 26-dək Rumıniyada keçiriləcək ikinci turda isə komandamız meydan sahibi ilə yanaşı, İsveç yığması ilə üz-üzə gələcək. Üçüncü tur 31 may-2 iyun tarixlərində Azərbaycanda baş tutacaq. Doğma meydanda rəqiblərimiz Estoniya və Avstriya milliləri olacaq.

Qeyd edək ki, komandamız mübarizəyə mayın 17-də start verəcək.

Qızıl Avropa Liqasında çıxış edən millimizin yekun heyəti formalaşıb:

Hücumçular - Marqarita Stepanenko, Anastasiya Baydyuk, Nikalina Başnakova, Ülkər Kərimova, İlhamə Əzimova;

Blokçular - Aynur İmanova, Mariya Kirilyuk, Anastasiya Mertsalova;

Toppaylayıcılar - Yana Doroşenko, Raziyə Əliyeva, Marianna Abuyeva;

Liberolar - Yuliya Kərimova, Ceyran İmanova, Sənubər Ələskərova;

Baş məşqçi - Faiq Qarayev;

Köməkçi məşqçilər - Famil Ağayev, Emin Əbilov, Sinişa Popek.

Son xəbərlər