Mojo.az Banner
23:01 Problemli kreditlərin həcmi artır - Səbəb nədir? (VİDEO)  |     22:55 Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO  |     22:48 Ukraynada döyüşən daha bir azərbaycanlı həlak oldu  |     22:43 Vasif Talıbovun yaxın adamının 12 illik fəaliyyəti yoxlanılır  |     22:34 "Turan Tovuz" "Fənərbağçaya məğlub oldu  |     22:29 Gəncədə bədbəxt hadisə: Bacı-qardaş xəstəxanaya yerləşdirildilər  |     22:21 Paytaxtın bəzi ərazilərində işıq olmayacaq  |     22:16 Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alındı  |     22:10 Sürücülərə xəbərdarlıq: Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     22:02 Zəngəzurda saxlanılan əsgərimizin taleyi necə olacaq? - Açıqlama  |     21:56 Bakıda 32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı  |     21:48 Ağdaşda evdə yanğın - Ana və oğulları ilə bağlı təfərrüat  |     21:40 Bakıda ən ucuz evlər bu ərazidədir  |     21:35 Payız axşamlarında izlənməli 5 film  |     21:27 Müəllimlərin yaş həddi ilə bağlı yeni məlumat  |     21:22 Təyyarəni qəzaya uğratmaq istəyən pilotun keçmişi ilə bağlı şok detallar üzə çıxdı  |     21:14 Tanınmış həkim xərçəngin səbəblərin açıqladı  |     21:08 6 min manat alıb oğlunu həbsdən çıxaracağını vəd etdi - 2 il 9 ay həbs  |     21:00 Büdcə smartfonlarının sonu: "Samsung" və "Google" modellərinin qiyməti kəskin artdı  |     20:55 Toyuq əti bu səbəblərdən bahalaşır  |    
Mojo.az Avto
Mojo.az Avto

Şimali Makedoniyada ilk dəfə qadın prezident seçilib

09.05.2024 11:47 1 293
Şimali Makedoniyada ilk dəfə qadın prezident seçilib
Şimali Makedoniya tarixində ilk dəfə qadın prezident seçilib. Aparıcı müxalifət partiyası olan Daxili Makedoniya İnqilab Təşkilatı - Makedoniya Milli Birlik Demokratik Partiyasının (VMRO-DPMNE) namizədi Qordana Silyanovska-Davkova prezident seçkisinin ikinci turunda seçicilərin 65,04% səsini qazanıb.

Bu barədə ölkənin Dövlət Seçki Komissiyası (DSK) məlumat verib.

Bildirilib ki, seçicilərin 29,25%-i “Makedoniya Sosial Demokrat İttifaqı”nın dəstəklədiyi hazırkı prezident Stevo Pendarovskiyə səs verib.

Dövlət Seçki Komissiyasının sədri Aleksandr Daştevski səsvermənin dinc və demokratik şəraitdə keçdiyini bildirib.

Qordana Silyanovska-Davkova artıq mətbuat konfransı keçirib, o, seçicilərə dəstəyə görə təşəkkür edib və bu andan etibarən respublikanın bütün vətəndaşlarının prezidenti kimi çıxış edəcəyini bəyan edib.

Sosial-demokrat Pendarovski artıq məğlubiyyətini etiraf edib.

“Nəticələr aydındır, amma mənim vicdanım təmizdir. Nəticələrə əsasən, qalibləri təbrik etmək və onlara növbəti beş ildə uğurlu iş arzulamaq istəyirəm”, - deyə o bildirib.

Qeyd edək ki, aprelin 24-də keçirilən prezident seçkisinin birinci turunda Silyanovska-Davkova təxminən 40 faiz, Pendarovski isə 20 faizdən az səs toplamışdı.

Şimali Makedoniyada, eyni zamanda, parlament seçkisi də keçirilib. Parlament seçkisində də müxalifət - VMRO-DPMNE-nin rəhbərlik etdiyi “Sizin Makedoniya” koalisiyası qalib gəlir. Səsvermə bülletenlərinin 78,2 faizinin nəticələrinə görə, VMRO-DPMNE - 42,5 faiz, Makedoniya Sosial Demokrat İttifaqı (SDSM) isə 14,5 faiz səs toplayıb.

Bu gün ölkədə yeni hökumətin formalaşdırılması ilə bağlı danışıqlara başlanacağı gözlənilir. Nəticədə VMRO-DPMNE lideri Xristian Mitskoski baş nazir ola bilər.

Mənbə: Dw.comскачать dle 11.3
Mojo.az Banner