Mojo.az Banner
23:01 Əsgərlikdən yeni qayıdan gəncin qanını tökdülər - Video  |     22:55 Qatarla Azərbaycana gələn və gedən əcnəbilərin sayı açıqlandı  |     22:47 ChatGPT-nin yazdığı mətnlərə görünməz işarələr əlavə edilir  |     22:39 Şəkər xəstəliyi ən çox bu yaşda və bu səbəblə yaranır - XƏBƏRDARLIQ  |     22:34 Qaradağda saxlanılan daha bir məmura HÖKM OXUNDU  |     22:26 "Formula 1" yaxından izləmək üçün hasardan tullandı - Həbs edildi  |     22:21 Ermənistanda saxlanılan azərbaycanlı hərbçi ilə bağlı Paşinyandan açıqlama  |     22:13 Naxçıvanda bu qurumun səlahiyyətləri ləğv edildi  |     22:08 Hər 5 aptekdən birində nöqsanlar tapıldı  |     22:02 Bu ölkə "Avroviziya"dan imtina etdi  |     21:54 Uşağı telefona yaxından baxan, gözlərini qıyan, başı ağrıyan valideynlərin nəzərinə  |     21:46 Qazaxda toyda başlayan mübahisə bıçaqlanma ilə nəticələndi - Video  |     21:41 Azərbaycanda un məhsulları bahalaşacaq? - Video  |     21:33 Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama  |     21:28 Azərbaycanın millisindən böyükhesablı qələbə  |     21:20 Bu məktəbin direktoru vəfat etdi  |     21:15 Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi - Foto  |     21:06 Kənd yumurtası bahalaşdı  |     21:00 “İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO  |     20:53 Aygün Kazımova evindən video paylaşdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Topçubaşova niyə xristianlığı qəbul etmək təklif olunur?

04.05.2024 21:46 987
Topçubaşova niyə xristianlığı qəbul etmək təklif olunur?
Bu gün Azərbaycanın görkəmli siyasi xadimi, diplomatiya tariximizdə müstəsna xidmətləri olmuş Əlimərdan bəy Ələkbər oğlu Topçubaşovun doğum günüdür.

Median.Az
kult.az-a istinadən xəbər verir ki, Ə.Topçubaşov 1862-ci ilin may ayının 4-də Tiflisdə anadan olub.

Tarixçi alim Zaur Əliyev Topçubaşov haqda 3 maraqlı tarixi faktı bölüşüb:

1. 1888-ci ildə (26 yaşında olarkən) Əlimərdan bəy hüquq elmləri namizədi adını alır. Peterburq Universitetinin Hüquq fakültəsinin Elmi Şurası Ə.Topçubaşovun Mülki hüquq kafedrasında saxlanması və professor vəzifəsi almaq üçün hazırlaşması haqqında qərar qəbul edir. Lakin bu qərar yalnız Əlimərdan bəy Topçubaşov provaslavlığı qəbul etdikdə qüvvədə ola bilərdi. Əlimərdan bəy Topçubaşov provaslavlığı qəbul etməkdən imtina edir və universitet haqqında Çar qanunu xristian olmayan Ə.Topçubaşova müvafiq vəzifəni tutmağa icazə vermir.

2. 1920-ci ildə Azərbaycanı Sovet Rusiyası işğal etdikdən sonra artıq Azərbaycan Cümhuriyyətinin xarici işlər naziri Əlimərdan bəy Topçubaşov soyadındakı "-ov" sonluğunu atır, yazışmalarında, mətbuat çıxışlarında və rəsmi müraciətlərində bir qayda olaraq "Topçubaşı" imzasından istifadə edir.

3. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin Sədri Əlimərdan bəy Topçubaşov ölüm anında vəsiyyət etmişdi ki, mən öləndə gözlərimi bağlamayın. Soruşublar ki, niyə. Deyib ki, mən uşaq olanda anam belə bayatı söylərdi:

Mən aşiq kəsən ağlar,

Bəxtindən küsən ağlar.

Qərib yerdə ölənin,

Gözünü basan ağlar.

"Nə zaman Vətəndə məni dəfn etsəz, gözümü onda bağlarsız", - deyir.

Qeyd edək ki, Xalq Cümhuriyyətinin qurucularından olan Ə.Topçubaşov 1934-cü il 8 noyabrda Parisdə dünyasını dəyişib.скачать dle 11.3
Mojo.az Banner