Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
21:46 Yol polisindən sürücülərə xəbərdarlıq | 21:41 Bakıda şagirdlər arasında insident | 21:34 Dubay-Bakı reysindən sonra gömrükdə gərgin anlar: Polis hərəkətə keçdi - Anbaan görüntülər | 21:26 Dövlət Komitəsi sədrinin adından saxta əmr hazırlayan imamla bağlı qərar | 21:21 Həyat yoldaşı barəsindəki cinayət işinə xitam verilməsini istədi – 35 000 manatı ələ keçirildi | 21:12 Tərtərdə bədbəxt hadisə: Yaşlı kişi su quyusunda boğuldu | 21:05 Şirkətin üç ildir işləmədiyini dedi - Məhkəmə ölkədən çıxışını məhdudlaşdırdı | 21:00 İndoneziya Prezidenti 2027-ci ildə Azərbaycana səfər edə bilər | 20:52 İmmun sisteminin ən sürətlə qocaldığı iki yaş dövrü müəyyən edildi | 20:47 Azərbaycan məhsulları ixrac bazarlarında fitosanitar tələblərə uyğunluğu ilə seçilir | 20:40 Bu xəstələr üçün endokrinoloq qəbulunda olma vaxtları dəyişdi | 20:35 Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib | 20:27 GTA 6 asılılığının əsas əlamətləri | 20:22 Milli Məclisin növbəti iclasının vaxtı açıqlandı | 20:14 Məhkəmə eksperti olmaq istəyənlərə yeni tələb qoyulur | 20:09 Sakinlər “İron İnşaat” şirkətindən narazıdır | 20:01 Kaliforniyada təyyarə qəzası olub - Ölənlər var | 19:56 Rabitə və internet xidmətlərinin keyfiyyəti ilə bağlı yeni tələblər | 19:50 3-cü sinif şagirdi vəfat etdi | 19:42 Sabah bütün sosial ödənişlər yekunlaşdırılacaq |
Mojo.az Avto
Mojo.az Avto

AFFA nümayəndəsi ilk dəfə Avropa çempionatına təyinat alıb

01.05.2024 18:12 972
AFFA nümayəndəsi ilk dəfə Avropa çempionatına təyinat alıb
AFFA-nın vitse-prezidenti və AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Könül Mehtiyeva bu il Almaniyada keçiriləcək Avropa çempionatının final mərhələsinə UEFA tərəfindən təyinat alıb.

Oxu.Az AFFA-nın rəsmi saytında istinadən xəbər verir ki, ilk dəfə Azərbaycandan olan nümayəndə belə mötəbər turnirə təyinat alıb. Könül Mehtiyeva 17 iyun-1 iyul aralığında Avro-2024-ün Frankfurt şəhərində təşkil olunacaq beş oyununda UEFA nümayəndəsi olacaq.

O, qrup mərhələsi çərçivəsində iyunun 17-də Belçika - Slovakiya, iyunun 20-də Danimarka - İngiltərə, iyunun 23-də İsveçrə - Almaniya, iyunun 26-da Slovakiya - Rumıniya görüşlərinə və iyulun 1-də 1/8 final qarşılaşmasına nəzarət edəcək.

Xatırladaq ki, UEFA nümayəndəsi qitə futbol qurumunun keçirdiyi oyunlara və turnirlərə təyin edilən ən yüksəkrütbəli oyun rəsmisidir. Nümayəndə oyunların təşkilinin bütün aspektləri üzrə ümumi səlahiyyətə malikdir, matçın və ya turnirin nizamlı təşkilinin təmin edilməsinə, oyundan əvvəl, oyun zamanı və sonra stadionun istər daxilində, istərsə də xaricində nizam-intizam və təhlükəsizlik qaydalarına riayət olunmasına cavabdehdir.

Son xəbərlər